Modern.az

SSRİ dağılan gün Yeltsin Buşla 28 dəqiqə nə haqda danışıb? - TARİX 

SSRİ dağılan gün Yeltsin Buşla 28 dəqiqə nə haqda danışıb? - TARİX 

8 Dekabr 2016, 12:28

Bu gün, dekabrın 8-i Sovet İttifaqının varlığına son qoyan Belovejsk razılaşmalarının 25 illiyi tamamlanır.

Ukrayna prezidenti Leonid Kravçuk, Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Boris Yeltsin Belarusun Belovejsk meşəsindəki Viskuli malikanəsində görüş keçirərək SSRİ-nin dövlət kimi faktiki olaraq funksiyalarını itirməsini rəsmləşdirmişdilər.

Məhz həmin görüşdə 1922-ci ildə imzalanmış müttəfiq respublikalar haqqında müqavilə pozulmuş və keçmiş ittifaq ərazisindəki dövlət strukturlarının hamısı ləğv olunmuşdu.

 

Danışıqlarda Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç, Rusiya Dövlət katibi Gennadi Burbulis, Rusiya SSR Dövlət məsləhətçisi Sergey Şaxray, Ukraynadan Vitold Fokin və Belarus Nazirlər Şurasının sədri Vyaçeslav Kebiç iştirak etmişdi.

 

Maraqlıdır ki, SSRİ-nin dağılması ilə bağlı razılaşma əldə olunduqdan sonra Boris Yeltsin ABŞ prezidenti Ata Corc Buşa zəng edib. 28 dəqiqə davam edən görüşün stenoqramı 2008-ci ilə qədər gizli saxlanılıb. Həmin il stenoqramın mətni açıqlanıb və aydın olub ki, telefon zəngi zamanı Yeltsin MDB-nin yaradıldığını elan edir və Buşla nüvə silahının yayılmaması ilə bağlı razılaşması barədə danışır.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir