Modern.az

Kürdəmirli müəllim diaqnostik qiymətləndirmədə maksimum nəticə göstərdi - FOTO

Kürdəmirli müəllim diaqnostik qiymətləndirmədə maksimum nəticə göstərdi - FOTO

Təhsil

8 Dekabr 2016, 14:46

Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Təhsil Nazirliyindən Modern.az-a verilnə məlumata görə, diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək.

İmtahanlar Kürdəmir Olimpiya İdman Kompleksində keçirilir. Kürdəmir rayonundan coğrafiya müəlliməsi Xəyalə Veyisova maksimum 60 bal toplayaraq ən yüksək nəticə göstərib.

Qeyd edək ki, Kürdəmirlə yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verir.

Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılıblar.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?