Modern.az

ATƏT sədri aprel döyüşlərindən DANIŞDI: “Münaqişənin çox təhlükəli...”

ATƏT sədri aprel döyüşlərindən DANIŞDI: “Münaqişənin çox təhlükəli...”

Qarabağ

8 Dekabr 2016, 16:00

“Aprel ayında təmas xəttində baş verən hadisələr Dağlıq Qarabağ münaqişənin nə dərəcədə təhlükəli olduğunu göstərdi”. Modern.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburqdakı iclasında deyib.

Eyni zamanda ATƏT sədri səlahiyyətlərini də icra edən Ştaynamyer Qarabağ hadisələrinin ATƏT üçün önəmli olduğunu deyib.

 

“Aprelin əvvəllərində biz yeni gərginlik nümunəsi gördük. Bu münaqişənin təhlükəli olduğunu, atəşkəs rejiminin qorunmasının vacibliyini və danışıqlar prosesinin davam etdirilməli olduğunu göstərir”.

Ştaynmayer ATƏT-in bu münaqişədə humanitar missiyasının da artırılmasının vacib olduğunu deyib.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi