27 mart 2017, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - “Prezidentdən xahiş etdim ki, icazə verin, Heydər Əliyevin evdəki arxivini mənə açsınlar” - MÜSAHİBƏ
“Prezidentdən xahiş etdim ki, icazə verin, Heydər Əliyevin evdəki arxivini mənə açsınlar” - MÜSAHİBƏ
08.12.2016, 16:17

 

Bir müddət əvvəl Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın  “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimatı olub.

Kitab cəmiyyətdə böyük maraq doğurub. Elmira Axundova ilə kitabla bağlı  söhbəti təqdim edirik.

- Elmira xanım Sizi bu kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edirik. Bu ideya necə yarandı?

- Mənim 10 ildə prezident haqqında ən azı 15 məqaləm çıxıb. Prezidentimizin bütün uğurlarını, nailiyyətlərini izləmişəm və Moskvada, Bakıda, Ukraynada böyük jurnallarda məqalələrim yayımlanıb.

Təqdimatda da dedim ki, hər kitabın yetişmək vaxtı var, tez də olmaz, gec də... 5 il bundan əvvəl mənə desəydilər ki, sən niyə prezident haqqında yazmırsan, deyərdim ki, hələ tezdi.

Cənab Prezident haqqında ilk kitab 2007-ci ildə çıxıb. Hüseynbala Mirələmov və Andrianovun müəllifi olduğu  kitabı dəyərləndirdim. O dövr üçün bu kitab maraqlı idi. Hətta mən öz kitabımda o nəşrə bir neçə dəfə istinad eləmişəm.

5 il qabaq bilmirdim ki, nə yazım. Ancaq axırıncı 4-5 ildə İlham Əliyevin siyasətinə valeh oldum. Onun idman sahəsində, regionlara diqqəti, fərmanları, islahatları, “Asan-xidmət” kimi inqilabi addımı, korrupsiya əleyhinə tədbirləri, iş adamları üçün yaratdığı şəraitlər və ən əsası da onun xarici siyasətdəki maraqlı və sərt manevrləri, kişiyanə işləri mənim üçün çox maraqlı oldu.
 
Əvvəl Umumilli lider Heydər Əliyev haqqındakı kitabımı yazdım. O kitab böyük rəğbət, qiymət aldı. Sonra 1 il qaldım ki, nə edim? Fikirləşirdim ki, nə üzərində işləyim? Birdən ağlıma gəldi ki, prezident haqqında məqalələri toplayım görüm bu 5 ildə nələr yazmışam. Nəzər yetirəndə bunların bir kitab həcmində olduğunu gördüm. “İlham Əliyev və Kütləvi İnformasiya Vasitələri”, “Prezidentin valideynləri kimdir?”, “Uğurlu bioqrafiyası olan adam” məqalələrimə baxdıqda, böyük bir kitab üçün vəsait olduğunu gördüm. Əlavə materiallar, şəkillər topladım, onu kitab halına saldım. Bu nə elmi, nə də bədii kitab oldu, publisistik nəşr oldu. Sırf publisistik, jurnalistin məhsulu. Kitabda jurnalistlərin də fikirləri yer alıb, jurnalistlərlə bağlı ayrıca fəsil var.

Çox maraqlıdır ki, kitab elə bil bu gün üçün yazılıb, çox aktualdır. Axırıncı hadisələrə qədər bütün məlumatları bu kitaba sala bildim. Hətta referendumun nəticələri də qeyd olundu. Kitab müasir formatdadır. Kim istəsə, kitabı çap edib hədiyyə verə bilər. Bu kitabı oxuyanların Azərbaycan haqqında, Prezidentimiz haqqında tam təsəvvürü olacaq. Əsas məsələ, mən Prezidentimizin portretini yaratmağa çalışdım. Şəxsi keyfiyyətini, gənclik illərində hansı xüsusiyyətlərə malik olub, siyasətə təzə başlayanda qarşısında hansı çətinliklər dururdu, genetik gələn şəxsiyyəti necədir – bunlar haqqında, hətta ailə mühiti barədə dolğun məlumat verdim. Ailəsinin onun haqqında danışdığı məqamlar da var. Başqa yerlərdə bu məlumatlar yoxdur.

 

- Bilirik ki, İlham Əliyev özü haqqında kitabların yazılmasını istəmir. Təbii ki, bunu kiminləsə razılaşdırmalıydınız...
 

- Heç kim inanmır ki, mən kitablarımı razılaşdırmıram. Heydər Əliyev hələ sağlığında mənə tövsiyyə etmişdi ki, “Elmira xanım, mənim haqqımda yaz, səndə yaxşı alınır”.
2005-ci ildə cənab Prezidentə yaxınlaşıb dedim ki, “Mən Heydər Əliyev haqqında kitab yazıram”. O da dedi ki, “sənə nə kömək lazımdır?”, “niyə yazırsan?” demədi. Mən dedim ki, icazə verin, Heydər Əliyevin evdə olan arxivini mənə açsınlar. O da göstəriş verdi, arxiv açıldı. Amma soruşmadı ki, “necə yazırsan, hansı formada yazırsan?”.
Mən Heydər Əliyev haqqında yazımı heç kimə göstərməmişəm. Göstərsəydim, bəlkə də bu kitab indi çıxmayacaqdı. Mən jurnalistəm və sərbəstəm. Heydər Əliyev haqqında olan kitab da çox maraqlıdır. Nadir mənbələrdən istifadə etmişəm. Orda fərqli-fərqli insanlar danışıb. Onların arasında müxalifətdə olan insanlar da danışıb. Kitabda Rüstəm İbrahimbəyovun, Eldar Namazovun, mərhum Sirus Təbrizlinin, Rafael Allahverdiyevin xatirələri var. Onlar sonradan müxalifətə döndülər. Kitabda adları keçən həmin insanlar vaxtilə Heydər Əliyevlə işləyiblər.

İlham Əliyevlə bağlı kitaba gəlincə, yenə də heç kimlə məsləhətləşmədim, icazə almadım. Mən fikirləşdim ki, kitabı burada çap etdirmək çətin olacaq. Ona görə də  Moskvaya getdim. Bir neçə nəşriyyata baş vurdum. Kitabı göstərdim, dedilər ki, “bizim nəşriyyatda prezidentlərlə bağlı gələn 2-ci kitabdır”.  Bundan əvvəl Qırğızıstanın keçmiş prezidenti Əskər Akayev haqqında kitab çap olunduğunu bildirdilər. Kitabı oxudular, çox bəyəndilər.
Mən jurnalist olduğum üçün öz milli maraqlarımı qoruğumağa öyrəşmişəm. Kitabda da bir neçə yerdə Qarabağ haqqında, ermənilər haqqında, ermənilərin törətdiyi soyqırımıları barədə məlumatlar yer alıb. Qarabağ məsələsində bizim mövqeyimizi kitabda ətraflı şəkildə qeyd etmişəm. Onlar xahiş elədilər bu hissələri ya çıxarım, ya da yumşaldım. Amma 99 faiz buna getmədim. Bildirdim ki, siz özünüzü ermənilərdən sığorta etmək istəyirsinizsə, “müəllifin mövqeyidir” sözlərini yazın. Mənə lazım olan bütün məlumatlar kitabda qaldı. Bu, böyük bir uğur idi. Kitab nəşriyyatda o qədər bəyənildi ki, onlar kitabın əlavə 1500 nüsxəsini Rusiyada özləri satmaq üçün çap elədilər. Bu kitab Moskvanın ən böyük kitab mağazalarında satılır. 

 

- Elmira xanım kitabı sizin yazmağınız hər halda rəhbərliyin sizə etimadıdır. Hər adama bu imkan verilmir...

- Təqdimatda da dedim ki, məni ruhlandıran 2013-cü ildə Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rus dilində çıxan kitabı (“Десять лет, изменившие Азербайджан” (“Azərbaycanı dəyişdirən on il”)) oldu.
Çox maraqlı kitabdır. Kitabda Azərbaycan siyasəti haqqında axırıncı 10 ilin bütün hadisələri təsvir edilib. Kitabı oxuyanda elə bil mənə ilham verdi. Dedim ki, Ramiz Mehdiyev bu kitabı elmi tərəfdən yazıb, mən də publisistikdan yanaşa bilərəm. O kitab mənə bir növ yol göstərdi. Ramiz müəllimin özünə də dedim ki, siz mənə yol göstərmisiniz.
Kitabı Bakıya böyük çətinliklə gətirmişəm. Kitab Moskvada çap edildiyinə görə, Bakıya gəlməsi çətin idi. Moskvada diaspor  nümayəndəsi ilə danışıqlar apardıq, dedilər az-az göndərərk. Mən buna razı olmadım, çünki təqdimata ən azından 600 kitab lazım idi. Onların dediyi üsulla kitabların göndərilməsi uzun müddət çəkəcəkdi. “Azərbaycan Dəmir Yolları”nın nümayəndəsi ilə danışdım, o da Cavid Qurbanovla müəllimlə əlaqə saxladı. Cavid müəllim dedi ki, “Elmiraya nə kömək lazımdırsa, edin”. Nümayəndə dedi ki, “kitabları Moskvdan Bakıya apararıq, amma çox çətin olacaq, 3 gün yol gedəcək, gömrük məntəqələrində çətinlik yaranacaq. Hələlik 100 ədəd aparaq, görək necə olur”.  Mən buna da razı olmadım. Çünki 600 kitabın gətirilməsi uzun çəkəcəkdi. Axırda nəşriyyatla əlaqə saxladım. Onlar tanıdıqları bir transfer şirkəti ilə kitabları daşımağa başladılar. Kitabları gətirdilər Vladiqafqaza. Oradan Bakıya gətirməyə razılaşmadılar. Oğlum öz dostu ilə böyük maşınla getdi Vladiqafqaza, kitabları yüklədilər. Rusiyada və Gürcüstan sərhədində çox əziyyət çəkdilər. Amma Azərbaycan gömrüyündə heç bir problem olmadan keçdilər. Aydın Əliyevə, Kamaləddin Heydərova təşəkkür edirəm. Azərbaycan gömrüyündə heç bir rüsum tələb edilmədən mənə kömək etdilər.

- Kitab gözlədiyiniz rezonansı doğurdumu, necə qarşılandı?

Kitab Moskvada da satılır. Bura gətirdiyim 600 kitabdan 60-70 ədədi qalıb. Hamı kitab istəyir, mağazalara da vermişəm. Prezidentin İşlər kitabxanasına kitabdan vermişəm. Xarici işlər naziri Elmar Məmmədyarovdan xahiş etdim ki, 100 kitabı xaricdəki səfirliklərimizə göndərsin. 
300 səhifəlik kitabdır, mənə kömək etsələr, kitabı bir neçə dilə tərcümə edib, xarici ölkələrə göndərərik ki, öz dillərində rahat oxuyub ölkəmiz, Prezidentimiz haqqında məlumat alsınlar. Bu çox gözəl bir təbliğat vasitəsi ola bilər. Azərbaycanın iqtisadi möcüzəsi ilə hamı maraqlanır, bu necə baş verib, Azərbaycan necə belə yaşayır?

Məncə, cənab Prezidentin əsas nailiyyəti nə iqtisadi möcüzə, nə bizim inkişafımızdadır. O, Azərbaycan xalqının özünə dəyərini ortaya çıxardı.

- Bu sahədə fəaliyyətinizi davam etdirmək fikriniz varmı?

- Respublikamızın dəyərli insanlarından biri Kamal müəllim mənə deyib ki, unikal kitab yazmısan. Onun oğlu Tale Heydərovun böyük bir cəmiyyəti var. Onlar mənim 3 cildlik kitabımı ingilis dilinə çeviriblər. Kitab yaxınlarda çıxmalıdır. 
Tale Heydərov dedi ki, bu kitab bir neçə dilə tərcümə olunmalıdır.  Ros Uilson da İlham Əliyev haqqında maraqlı bir kitab yazıb. Bunun üzərindən 7 il keçib. O kitabda Avropa Oyunları, iqtisadi yüksəliş, regionların inkişafı yox idi. Ona görə də mənim əsas məqsədim yazdığım kitabın xarici dillərdə çap olunmasıdır.
İstəyirəm ki, Heydər Əliyevin 95 illiyinə bir kitab həsr edim. Bu kitabda heç yerdə yazılmayan məlumatlar, şəkillər olacaq. Onun komandası ilə iş metodu, jurnalistlərlə zarafatı, bəzi insanlarla çəkişmələri, ümumiyyətlə Heydər Əliyevin tam obrazı, görünməyən tərəfləri kitabda yer alacaq. Demək olar ki, kitabın 50 faizi hazırdır, qalan hissəsini Heydər Əliyevin 95 illiyinə qədər tamamlayacam.

Cənab Prezidentin siyasətini dünyaya çatdırmaq üçün əlimdən gələni edəcəyəm. Rus dilində danışan insanların sayı 1 milyarda çatır. Bu çox böyük bir oxucu auditoriyasıdır.

 

Qafar Ağayev


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.03.2017, 12:36

Sabahın hava proqnozu - XƏBƏRDARLIQ

27.03.2017, 12:32

Azərbaycanda Polis Şöbəsinə aparılan şəxs orada öldü

27.03.2017, 12:23

Saakaşvili, Koçaryan, Gül – Sabiq prezidentlərin yeni HƏDƏFLƏRİ

27.03.2017, 12:19

Əməkdar jurnalistə ağır itki üz verib

27.03.2017, 12:16

23 minə yaxın abituriyent sənəd verib

27.03.2017, 12:14

Manatı bu səviyyədə qoruyub saxlamaq lazım deyil...

27.03.2017, 12:03

Gecə klubunda yumruqla vuruldu, dostunun evində öldü

27.03.2017, 11:54

Bakıda quldurluq edən dəstə tutuldu

27.03.2017, 11:51

İrandan Azərbaycana narkotik gətirən qadın saxlanılıb

27.03.2017, 11:50

Oqtay Əsədov deputatları Rusiyaya aparıb

27.03.2017, 11:46

Altı tələbəni öldürən sürücü həbs olundu 

27.03.2017, 11:16

Kapital Bank-dan 3% endirimlə nağd pul krediti

27.03.2017, 11:15

Azərbaycan Qaçqınlar Cəmiyyəti türk iş adamını məhkəməyə verir

27.03.2017, 11:14

 XİN Tofiq Zülfüqarova cavab vermək istəmir

27.03.2017, 11:09

Vahid Əhmədov seçiciləri ilə görüş keçirib

27.03.2017, 11:00

Azərbaycan-İran sərhədində atışma: qaçaqmalçılar aradan çıxdılar

27.03.2017, 10:58

ADU-da Çin dili üzrə ixtisas imtahanları keçirilib

27.03.2017, 10:55

Cəbhədə şiddətli ATIŞMA

27.03.2017, 10:00

Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

27.03.2017, 09:55

Elektrik kəsildi, Bakı-Sumqayıt qatarı yolda qaldı

27.03.2017, 09:25

Rəşad Sadıqov: “Prosineçki uşaq-muşaq səhvləri etdiyimizə görə əsəbiləşmişdi” - MÜSAHİBƏ

27.03.2017, 08:59

Dollar bu gün neçəyə satılır?

27.03.2017, 00:57

Hava limanı İŞİD-dən azad edildi

27.03.2017, 00:39

Dənizkənarı bulvarda intihar edən şəxsin kimliyi bilindi - Yenilənib

27.03.2017, 00:15

Ata qızının qəbri üstündə intihar etdi

27.03.2017, 00:10

Rusiyadakı aksiyaların NƏTİCƏSİ: 1500 nəfər saxlanıldı, cinayət işi açıldı

26.03.2017, 23:57

"Norveç və Çexiya ilə oyunlar həlledici olacaq"

26.03.2017, 23:33

Hakan Şükür və Arif Ərdəm “Qalatasaray”dan çıxarıldı

26.03.2017, 23:17

“Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi” - Robert Prosineçki

26.03.2017, 23:09

Bolqarıstanda növbədənkənar parlament seçkiləri başa çatıb

26.03.2017, 23:07

Tramp Merkeldən 374 milyard dollar TƏLƏB EDİR

26.03.2017, 22:30

Baş məşqçi Almaniyanın oyunundan razı qalmayıb

26.03.2017, 22:14

Londondakı terrora görə daha 1 nəfər tutulub

26.03.2017, 21:59

Azərbaycan qrup dördüncüsü oldu - Yenilənib

26.03.2017, 21:47

Masallıda ağır qəza: 1 ölü

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(6%)
Azərbaycan Dövlət İqtisad Universiteti(10%)
Bakı Dövlət Universiteti(23%)
Bakı Ali Neft Məktəbi(2%)
Azərbaycan Dillər Universiteti(31%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(4%)
Azərbaycan Texniki Universiteti(4%)
Azərbaycan Tibb Universiteti(2%)
Bakı Slavyan Universiteti(4%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(14%)