Modern.az

Elmar Məmmədyarov Hamburqda Xəzərin statusunu müzakirə etdi

Elmar Məmmədyarov Hamburqda Xəzərin statusunu müzakirə etdi

Aktual

9 Dekabr 2016, 09:58

Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovla görüşüb.

XİN-dən Modern.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunublar.

Tərəflər həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır