Modern.az

Azərbaycanlı və erməni deputatlar görüşəcəklər

Azərbaycanlı və erməni deputatlar görüşəcəklər

9 Dekabr 2016, 09:59

Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti arasında görüş barədə ilkin razılaşmalar əldə edilib.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü Ermine Naqdalyan “tert.am” saytına müsahibəsində bildirib.

E.Naqdalyan deyib ki, görüşün təşəbbüskarı AŞPA-nın sədri Pedro Aqramuntdur.

Görüş baş tutacağı təqdirdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli ilə bağlı məsələnin müzakirə ediləcəyi ehtimal olunur. 

 

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir