Modern.az

Türkiyə Azərbaycandan qazı lirə ilə almaq istəyir

Türkiyə Azərbaycandan qazı lirə ilə almaq istəyir

9 Dekabr 2016, 11:13

“Türkiyə Azərbaycandan və digər ölkələrdən aldığı qaz və enerji üçün pul köçürmələrini milli valyutada etməyi planlaşdırır”.

 

Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu enerji və təbii sərvətlər naziri Berat Albayrak deyib.

Nazir bildirib ki, “TANAP” Türkiyənin enerji strategiyası çərçivəsində reallaşdırılan ən uğurlu layihələrdən biridir:

 

““Türk axını” da Türkiyə üçün olduqca önəmli layihədir. Bu layihənin reallaşdırılması ilə biz Rusiya ilə əlaqələrimizi daha da genişləndirmiş olacağıq”.

B. Albayrak deyib ki, Türkiyə ilə Rusiya idxal olunan təbii qaza görə lirə ilə ödənişlərin edilməsi üçün danışıqlara başlayıb:

 

“Artıq bağlı qapılar arxasında bizi təhdid etməyə çalışırlar. Lakin biz heç nədən qorxmuruq.

 

Ümumiyyətlə, Türkiyə iri həcmdə təbii qaz idxal edən ölkələrlə milli valyutada ticarətə başlayır. Bu, olduqca önəmli məsələdir. Artıq bu istiqamətdə Rusiya ilə danışıqlara başlamışıq.

Danışıqlara bütün aidiyyatı qurumlar cəlb olunub".

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı