Modern.az

“Reket jurnalist” iş adamı Gülağa Tənhanı şantaj edib

“Reket jurnalist” iş adamı Gülağa Tənhanı şantaj edib

9 Dekabr 2016, 11:15

Tanınmış iş adamı-xeyriyyəçi, şair Gülağa Tənha “reket jurnalist”lərin şantajına məruz qalıb.

Bu barədə Modern.az-a onun özü məlumat verib. O, jurnalist adına ləkə gətirən həmin şəxslərə bəzi məmurlar və hüquq-mühafizə işçilərinin himayədarlıq etdiyini vurğulayıb:

“Təxminən 2008- ci ildə iki gün öncə həbs olunan, jurnalist adına ləkə gətirən Surxay Əliyev (“Bizim dövr” qəzetinin baş redaktoru-red.) məni ve yaxınlarımı şantaj etməyə başladı...
Naməlum və dövlət əleyhinə olan proyektləri maliyyələşdirməyi tələb etdi... Mən rədd cavabı verdim ! Mənim və yaxınlarım haqqında heç bir məntiqi və mənası olmayan iyrənc məqalələr yazıldı... Hüquq - mühafizə orqanları bu faktlara göz yumdular...”.

Gülağa Tənha bildirib ki, bir çox məmurlar dövlətin maraqlarını deyil, öz şəxsi maraqlarını güdürlər... Və nəticədə Azərbaycan mətbuatını çirkaba yuvarlayırlar.

İş adamı məsələ ilə əlaqədar ölkə başçısına və aidiyyatı qurumlara müraciət edərək, qondarma mətbuatla mübarizənin sərtləşdirilməsini istəyib.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir