Modern.az

Yazıçının robot oxşarı yaradıldı və DANIŞDI: Çoxdandır görüşmürdük”

Yazıçının robot oxşarı yaradıldı və DANIŞDI: “Çoxdandır görüşmürdük”

9 Dekabr 2016, 12:06

Müasir yapon ədəbiyyatının banilərindən biri Nasume Sosekinin (1867-1916)  android oxşarı yaradılıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda Nisyoqakusya Universiteti məlumat yayıb.

Bildirilib ki, robot “yazıçı” 100 illik fasilədən sonra oxucularla danışıb.

“Yazıçı” bildirib: “Dostlar, biz çoVdandır ki, görüşmürdük. Bundan təxminən 100 il keçib”.

Qeyd edək ki, robot tanınmış yazıçının ölümünün 100 illiyi münasibəti ilə yaradılıb. Texnikanı üzərində Nisyoqakusya Universitetinin alimləri ərsəyə gətiriblər.

Android tədris müəssisələrində istifadə olunacaq. Belə ki, bu qurğu Nasume Sosekinin əsərlərini şagirdlərə oxuyacaq.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi