Modern.az

Ombudsmandan Dilqəm və Şahbazla bağlı AÇIQLAMA

Ombudsmandan Dilqəm və Şahbazla bağlı AÇIQLAMA

9 Dekabr 2016, 12:30

“Erməni girovluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma “məhkəmə” tərəfindən cəzalandırılmasını Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) beynəlxalq hüquqa zidd olduğunu hesab edir”.

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

 E.Süleymanova bildirib ki, bu məsələ ilə bağlı BQXK rəhbəri ilə görüşüb müzakirələr aparıb.

 

Ombudsman vurğulayıb ki, məsələ ilə əlaqədar BQXK-dan Ombudsmanın müraciətlərinə cavab verilib:

 

“Cavabda qeyd olunub ki, onlar məsələnin siyasi aspektlərinə qarışa bilməz. Gərək 2 dövlət arasında danışıqlar aparılsın ki, onların ailələrinə görüş üçün icazə verilsin”.

 

E.Süleymanova əlavə edib ki, rəhbərlik etdiyi qurum daim məsələni diqqətdə saxlayır:

 

“Beynəlxalq Qızıl Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşür, onların məktublarını ailələrinə çatdırır. Dövlət çalışır ki, bu məsələ ədalətli həllini tapsın".

 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Ağa AKİFOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir