Modern.az

Bakıda müəllim şagirdi təhqir edib? – RƏSMİ AÇIQLAMA

Bakıda müəllim şagirdi təhqir edib? – RƏSMİ AÇIQLAMA

9 Dekabr 2016, 14:42

Bakının 123 saylı orta məktəbində müəllimin şagirdi kobud şəkildə təhqir etməsi ilə bağlı xəbər yayılıb.

 

Xəbərdə  bildirilir ki, Kəmalə adlı sinif müəllimi 3-cü sinif şagirdi Kənan Rufullazadəyə ”köhnəyinin rənginə görə səndən iyrənirəm” deyib. Müəllimin hərəkəti səs-küyə səbəb olub.

 

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün 123 saylı məktəblə əlaqə saxlayıb. Məktəbdən belə bir halın baş vermədiyi bildirilib.

 

Daha sonra Bakı Şəhəri Təhsil İdarəsi ilə əlaqə saxladıq. Təhsil İdarəsi baş verən hadisənin başvermə səbəbini belə izah edib.

 

“Xəzər rayonundakı 123 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Rufullazadə Kənana sinif müəllimi məktəbli köynəyinin təmiz olmamasını və gigiyenik qaydalara əməl etməməsini irad tutub. Bu zaman müəllim şagirdin şərəf və ləyaqətinə toxunacaq heç bir təhqiramiz ifadə işlətməyib”.  

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub