Modern.az

“Vyana və Sankt-Peterburq görüşlərindəki razılıqlar sənəddə təsdiqini tapmalıdır”

“Vyana və Sankt-Peterburq görüşlərindəki razılıqlar sənəddə təsdiqini tapmalıdır”

Qarabağ

9 Dekabr 2016, 15:21

“Dağlıq Qarabağ münaqişəsinə dair Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılıqlar sənəddə təsdiqini tapmalıdır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində keçirdiyi mətbuat konfransında bəyan edib.

 

“Biz dəfələrlə Vyana və Sankt-Peterburqda əldə olunan razılıqlara münasibət bildirmişik. Həmin görüşlərdə həmsədrlər də iştirak edib.

 

Razılıqlara əsasən, atəşkəs rejimi təsdiqlənməli idi. Arada bir atəşkəs rejiminin pozulmasını müşahidə edirik. Həmçinin ATƏT müşahidəçilərinin sayı artmalı idi. Çox yox, sadəcə olaraq 7 nəfər. Hələlik onların harada yerləşdiriləcəyi barədə konsensus yoxdur. Fikrimcə, onlar təmas xəttində yerləşdirilməlidir”.

 

Xatırladaq ki, iclası dünən və bu gün Almaniya sədrliyinin təşkilatçılığı ilə baş tutub. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi