Modern.az

Milli Məclis gələn həftə toplanacaq - GÜNDƏLİK

Milli Məclis gələn həftə toplanacaq - GÜNDƏLİK

9 Dekabr 2016, 16:08

Milli Məclisin növbəti iclası dekabrın 16-da keçiriləcək.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Parlament rəsmisi bildirib ki, iclasın gündəliyinə 18 məsələ daxildir.

Həmçinin bir sıra hökumətlərarası sazişlərin təsdiq edilməsi və qanunlara dəyişiklər edilməsi nəzərdə tutulur.

 

Milli Məclisin növbəti plenar iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir:

 

-Hökumətlər arası sazişlərin təsdiq edilməsi və bir sıra qanunlara dəyişiklər edilməsi;

- İnzibati Xətalar Məcəlləsində dəyişikliklər;

-“Yol hərəkəti haqqında” qanuna dəyişiklik;

-"Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik;

-“Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi;

-“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsi; 

-“İnzibati ərazi vahidləri arasında ərazi məsələlər üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyaların haqqında əsasnamənin təsdiq edilməsi barədə qanunun ləğv oluması haqqında” layihə;

-“Hərbi vəziyyət haqqında” qanun layihəsi;

-"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi; 

-"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il  büdcəsi haqqında" qanunun layihəsi;

- "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsi;

- "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi; 

“Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi;

“Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi;

Hökumətlərarası sazişlərin təsdiq edilməsi və bir sıra qanunlara dəyişiklər edilməsi.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı