Modern.az

XİN ermənilərin Hamburqdakı təxribatı barədə AÇIQLAMA verdi  

XİN ermənilərin Hamburqdakı təxribatı barədə AÇIQLAMA verdi  

9 Dekabr 2016, 16:16

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü haqda danışıb. O, nazirlərin görüşünün Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə pozulduğunu da əlavə edib.

 

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında 8 dekabr tarixində gecə radələrində həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub.  

 

Hamburqdan görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin.  

 

Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı. 

Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir