Modern.az

"Brent" markalı neft bahalaşıb

"Brent" markalı neft bahalaşıb

9 Dekabr 2016, 23:41

Neftin qiyməti şənbə günü Vyanada OPEK-ə üzv və qeyri-üzv neft hasilatçısı ölkələrinin görüşü öncəsi artmaqda davam edir. Modern.az saytı xəbər verir ki, "Report" xəbər verir ki, Londonun "ICE Futures" birjasında keçirilən hərrac zamanı "Brent" markalı neftin fevral fyuçersləri 0,56% artaraq bir barelə görə 54,2 dollara çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında "WTI" markalı neftin yanvar fyuçersləri 1,28% artaraq bir barel üçün 51,49 dollar təşkil edib.

"Westbeck Capital Management" analitiklərinin rəyinə görə, OPEK-in hasilatın məhdudlaşdırılması barədə razılaşması sayəsində 2017-ci ildə neftin qiyməti bir barelə görə arada 70 dolları ötməklə 55-65 dollar arası dəyişəcək.

Şənbə günü keçiriləcək Vyana görüşündə dəvət olunan 14 ölkədən Azərbaycan da daxil olmaqla 9 dövlət, o cümlədən Rusiya, Qazaxıstan, Meksika və Oman iştirak edəcəyini təsdiqləyib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi