Modern.az

Baş redaktorlardan Əflatun Amaşovun təklifinə REAKSİYA: “Hələ gecikib...”

Baş redaktorlardan Əflatun Amaşovun təklifinə REAKSİYA: “Hələ gecikib...”

Media

10 Dekabr 2016, 10:11

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlametdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə - aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib. O, bunun üçün  KİV-in İnkişafına Dövlət Dəstəyi Fonuna ayrılacaq vəsitin 4 milyon manatdan 5 milyona çatdırılmasını istəyib.

Bəs KİV nümayəndələrinin bu məsələyə münasibəti necədir?

Məsələ ilə bağlı Modern.az saytı baş redaktorların fikirlərini öyrənib.

“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bu təklifin tərəfdarı olduğunu deyib.

“ Əgər dövlətin belə bir imkanı olsa, dəstəyin göstərilməsi yaxşı olar. Çünki qlobal müaliyyə böhranı vəziyyətində internet medianın da durumu yaxşı deyil. Reklam və piar modelləri azalıb. İnternet medianın da əsas dolanışıq yolu budur. Ona görə də belə bir yardımın edilməsi yaxşı olardı.
Dorudur, dövlətin xüsusi olaraq belə bir borcu yoxdur. Bu, sadəcə olaraq dəstək istəyidir. Mən düşünürəm ki, belə bir dəstəyin olması media üçün əlavə bir stimul yaradar. Doğurdan da son zamanlar medianın vəziyyəti ağırdır. Getdikcə də reklamlar azalır, vəziyyət kəskinləşir, hətta bəzi qurumlarda maaşların verilməsi problemə çevrilib. Biz onu da başa düşürük ki, dövlət medianın inkişafı üçün lazım olan şəraiti və mühiti yaradıb. Sadəcə olaraq bu bizim əlavə bir xahişimizdir”.

 

“Teleqraf Holdingin” rəhbəri Aynur Camalqızı hazırda onlayn medianın ən populyar media növü olduğunu bildirib və Mətbuat Şurası sədrinin təklifini yüksək qiymətləndirib:

“Ona görə mən də bu təklifin tərəfdarıyam. Yəni artıq klassik televizyiyalara baxanların sayı azalır. Press-media daha acınacaqlı vəziyyətdədir. Ölkədə qəzet oxuyan demək olar ki, yoxdur və ya çox azdır. İndi internet dövründə yaşayırıq. İnternet hər bir evdə və ofisdə var. Ona görə də insanlar istər-istəməz onlayn media orqanlarında dərc olunan materiallarla tanış olurlar. Yəni bu,  artıq ictimai rəyi formalaşdıran bir amilə çevrilib. Düşünürəm ki, dövlət mediaya göstərilən qayğının 2-3 qatını onlayn mediaya verməlidir. Çünki həyatımızda onlayn media var və bu qaçılmaz bir amildir. Bununla da barışmaq lazımdır”.

 

Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov  bildirib ki, Əflatun Amaşov çox düzgün təklif irəli sürüb:

“Hətta bir qədər gecikib, çünki indi "media" deyəndə ağla ilk növbədə saytlar gəlir. Ona görə də çox rasional təklif kimi dəyərləndirirəm”.

 

“Qafqazinfo”nun rəhbəri Elbrus Ərud onlayn mediaya dövlət dəstəyinin ayrılması ilə bağlı məsələnin bir neçə ildir ki, müzakirə olunduğunu deyib.

“Bu mövzu aktualdır. Əlbəttə ki bu nə vaxtsa, baş tutacaq. Amma hazırkı durumda bunun baş tutması çətindir. Çalışırlar ki, büdcədə xərcləri azlatsınlar. Xərclərin azaldılması ilə bağlı məsələ müzakirə olunduğu bir vaxtda hər halda 1 milyon manatın saytlara ayrılacağını real görmürəm”.  

Baş redaktor düşünür ki, əslində media özü pul qazanmağa çalışmalıdır:

“ Media zəhmət çəkib özü pul qazanmalıdır. Media da öz yükünü dövlətin üzərinə yükləməməlidir. Dünyada hər yerdə özəlləşmə prosesi gedir, dövlət öz yükünü azaldır. Nəyə görə bu dövlətin üzərinə qoyulmadır ki?.. Gündə bir sayt açılır, qısa müddət sonra bağlanır. Onlayn media hələ Azərbaycanda oturuşmayıb. Demək rahatdır ki, dövlət büdcəsindən maliyyə ayrılsın. Kim istəməz ki, dövlət büdcəsindən maliyyə dəstəyi almasın? Amma nəzərə alsınlar ki, dövlət büdcəsindən maliyyələşən rəsmi medianın belə büdcədən çıxarılması gözlənilir. Hamı istəyir “Azərbaycan” qəzeti, AZƏRTAC, İctimai televiziya, “Xalq qəzeti” dövlət hesabına maliyyələşmədən çıxarılsın. Bunu etmək lazımdır, nəinki saytların dövlət büdcəsindən maliyyələşməsini. Düşünürəm ki, media rahat olmalıdır, asılılıq olmamalıdır”.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər