22 sentyabr 2017, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Türk dünyagörüşündə Turan və İran - III YAZI
Türk dünyagörüşündə Turan və İran - III YAZI
10.12.2016, 10:32

Dos., Dr. FaiqQəzənfəroğlu

XIX əsrdən başlayaraq Əhmənilər və Sasanilər hakimiyyətlərini ideallaşdıran farsdilli dini və qeyri-dini ideoloji qüvvələr, eyni zamanda burada yaşayan türklərin farsdan dönmə olması təbliğatını da aparmışılar. XIX əsrdə Azərbaycan Türk aydınları arasında “iranlılığ”ın ən böyük təbliğatçısı olan Mirzə Fətəli Axundzadə Qacar şahzadələrini belə inandırmağa çalışırdı ki, Qacar soyu Türklərdən çox İranla ya da farslarla bağlıdır. Bu anlamda özünü də “Farsdan dönmə Türk”, “zahirən Türk” kimi qələmə verən Axundzadə birmənalı şəkildə ömrünün son çağlarında “irançılığın” ideoloqu olmuşdur. Güney Azərbaycanda Axundzadənin “İran və İranlılıq” təbliğatının ilk davamçılarından biri Zeynalabdin Marağayi olmuşdur. O da, “İbrahim bəyin səyahətnaməsi” əsərində “İran” və “İranlılıq” ideolojisini eynilə təbliğ etmişdir.

XX əsrin birinci rübündə də Qacarların sonunun gəlməsində çar Rusiyasıyla İngiltərənin hərbi, iqtisadi müdaxilələri, o cümlədən şiə məzhəbçiliyi ilə yanaşı, “İran” və “iranllılıq” ideolojisi də mühüm yer tutur. Hər halda vaxtilə İslam dinində şiə məzhəbçiliyi adı altında Qacarlarda dini hakimiyyəti mənimsəyən farsdillilər, Əhməd şah Qacarın hakimiyyəti zamanında (1909-1925) “İran” və “iranlılıq” ideolijisiylə də siyasi hakimiyyətə ələ keçirməklə bütövlükdə Türk dövlətini tamamilə qəsb etməyə başladılar. Belə ki, Qacarların sonuncu şahının ağalığı zamanında farsdilli dini və qeyri-dini qüvvələr şiəçiliklə yanaşı, “İran” və “İranlılıq” ideolojisini ön plana çıxarmaqla Türk ulusunun üzərində qorxunc bir oyun oyanamışdır.

Əvvəllər Türklərlə “şiəçilik” dini ideolojisi adı altında “din-məzhəb qardaşlığı” edən farsdillilər, bu dövrdən başlayaraq “İran və İranlılıq” adı altında ortaq vətən və ortaq dövlət ideyasını daha da yayğınlaşdırdılar. Burada əsas məqsəd türkləri din-məzhəb adı altında istismar etdiklər kimi, eynilə ortaq dövlət ya da vətən ideyasıyla ulusal hədəflərdən yayındırmaq idi. Çox yazıqlar olsun ki, Sabirin təbrincə desək (1907-ci il, “Molla Nəsrəddin” jurnalı), əsrlər boyu müxtəlif dini, qeyri-dini inanclara görə bir-birinə düşmən kəsilən, həmin inanclar uğrunda savaşan türklər (Şah İsmayılla Sultan Səlim, Çingiz xanla Məhəmməd Şah Xarəzm, Cahan şahla Uzun Həsən, Əmir Teymurla İldırım Bəyazid və başqaları kimi) bu dəfə də Türklüklə Turanlılığı bir kənara qoyub “osmanlılıq” ya da “iranlılıq” üçün mücadilə aparırdılar:

İndi yenə var tazə xəbər, yaxşı təmaşa,
İranlılıq, osmanlılıq ismi olub ehya,
Bir qitə yer üstündə qopub bir yekə dəva,
Meydan ki, qızışdı olarıq məhv sərapa...

Beləliklə, 1909-1925-ci illərdə Qacarlarda mövcud olan hökumətlər, siyasi partiyalar, ictimai təşkilatlar, mətbuat orqanlarının əksriyyətində “İran” və “iranlılıq” fikri hakim kəsilmişdi ki, onların sıraları arasında tanınmış Azərbaycan Türk aydınları da var idi. Bu cür düşünən Türk aydınları hesab edirdilər ki, türklərin əldə etdiyi uğurlar yalnız onlara deyil, eyni zamanda türklər və farslar üçün “ortaq yurd” olan “İran”a, “iranlılığ”a xidmətdir. İlk vaxtlar “İran” və “İranlılıq” məsələsini yetərincə dərk etməyən bəzi Türk aydınlarımızın (Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və b.aoğlu, M.rqanlarınıkündən baş.layaraq ) Qacarlardakı türklərin Turan və Türklük deyil, “İran” və “iranlılıq” üçün savaşmalarını təbii qarşılamalarını anlayırıq. Çünki onlar məsələnin əsil mahiyyətindən xəbərsiz olduqları üçün, daha çox Qacarların yeniləşməsinə, yəni parlamentli və konstitusiyalı dövlətə çevrilməsinə diqqət yetirirdilər. Bu yeniləşmə prosesində də “İran” və “iranlılıq” ideolojisinin Qacarlar dövlətinin tərkibində yaşayan bütün ulusları bir arada tuta biləcəyinə inanırdılar. Bu anlamda Rəsulzadə “İran türkləri” məqaləsində türklərin əldə etdiyi uğurları qələmə aldıqdan sonra, onu da qeyd edirdi ki, türklərin bu uğurları türklükdən çox “İran” və “iranlılıq”la bağlıdır: “Türk devrimçiləri, Türk elçiləri, Türk qurumları dediyimizdə bunların ancaq türklük üçün çalışdıqları düşünülməsin. İranın  Türk anayasaçıları türklüklərini düşünməmiş, bütün igidliklərini ancaq iranlılıq, ortaq yurd üçün etmişlər!”.

Ümumiyyətlə, ilk dövrlərdə düşmən ideologiyaların təsiri altında Rəsulzadə “İran milləti” və “İranlılığ”ın əsil mahiyyətini dərindən anlaya bilməmişdir. Buna görə də, Rəsulzadə istər 1905-1908-ci illər Bakı, istər 1909-1911-ci illər Tehran, istərsə də 1911-1913-cü illər İstanbul mətbuatında Qacarlarla ya da Güney Azərbaycan türkləriylə bağlı yazdığı məqalələrində “İran milləti”, “İran hürriyyəti”, “İran inqilabı”, “İran və iranlılar”, “iranlı” hətta, “iranlılıq” kimi anlayışları türklüyə, türkçülüyə zidd kimi görməmişdir. Üstəlik, Rəsulzadə və digər bəzi türk aydınları “İran türkləri”, “İran Azərbaycanı” kimi yanlış anlayışların dövriyyəyə girməsində də müəyyən rol oynamışlar.

Rəsulzadə yalnız sonralar anladı ki, türklərələ farsların üşün “ortaq yurd” hesab etdiyi “İran”, ortaq ideologiya saydığı “iranlılıq” üçün savaş türklərə fəlakətdən başqa heç nə verməmiş, bundan qazanan yalnız farsdillilər və onun havadarları olmuşdur. Bizcə, bunu anlamağın nəticəsi idi ki, Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərində (1920) türklərin idealı kimi Turançılığı təbliğ edərək, ən əsası da Turanın mərkəzi kimi Azərbaycanı göstərmişdir. Rəsulzadənin uzaqgörənliyi ilə 1918-ci ildə Azərbaycan türk torpaqlarının yalnız bir hissəsində qurulan Türk dövlətinin “Azərbaycan” adlandırılması da, “İran” və “İranlılığa” qarşı yönəlmişdi. Çünki Rəsulzadə sonralar yaxşı dərk etmişdi ki, Türklərin gələcəyi “İran” və “İranlılıqla” deyil, Türk mərkəzli Azərbaycan və Turanlılıqla bağlıdır.

Rəsulzadədən öncə “İran”, “İranlılıq” məsələsində aşağı-yuxarı eyni yanlışlığı başqa bir Türk aydını Əhməd bəy Ağaoğlu da etmişdi. Özəlliklə, Ağaoğlu 1890-cı illərdə “İran mədəniyyətinə”, şiəçilik məzhəbinə aludə olmuşdur. O, bu dövrdə Parisdə, daha sonra tərcümə olunaraq Tiflisdə nəşr olunan “İran cəmiyyəti” başlıqlı silsilə məqalələrində üç məsələyə 1) İslam aləmi, 2) İran cəmiyyəti, 3) şiəlik xüsusi diqqət yetirmişdir.

Ümumiyyətlə, bu məqaləsində Ağaoğlu göstərir ki, İslam aləminin nicatı olan İran Fransanın Avropada oynadığı rolu oyanayaraq özünü yeniləşdirməyə çalışan Türkiyəni qabaqlayacaqdır. Bu anlamda  ingilislərin İrana toxunmasını onlar üçün bir bomba təhlükəsi kimi xarakterizə edən Ağaoğlu hesab edir ki, İran üçün şiəlik məzhəbi ya da şiə təmayüllü ruhanlik institutu heç də gerilik hesab oluna bilməz. Ağaoğlu yalnız sonralar qismən 1895-ci ildən, özəllklə də 20-ci əsrin başlarında irançılıq, şiəçilik hislərindən tamamilə uzaqlaşaraq “İslam birliyi”, Türk birliyi, Turançılıq ideyalarının ideoloqlarından birinə çevrilmişdir.

XIX-XX əsrlərin qovşağında Rəsulzadə, Ağaoğlu və başqa aydınlarımızla müqayisədə “İran”, “İranlılıq” ideolojisinin əsil mahiyyətinə daha çox yaxınlaşan Türkçülük, Turançılığın ideoloqu Əli bəy Hüseynzadə olmuşdu. Doğrudur, o da, digər Türk aydınları kimi qavram olaraq bu ölkədən bəhs edərkən Qacarlar, Əfşarlar, Səfəvilər, Səlcuqlarla yanaşı, onlara adekvat olaraq “İran”, “İran milləti”, “iranlı”, “İran tarixi” anlayışlarından da istifadə etmişdir. Həmin dövrün təbliğatının nəticəsi olaraq, digər aydınlarımız kimi bu anlayışlardan istifadə edən Turançılığın ideoloqu bununla yanaşı, bir Türk aydını olaraq “İran”a, “İran millət”inə olan sevgisinə aydınlıq gətirməyə çalışmışdır: “Bizim kimi ümum sair türklərin İrana olan məhəbbəti İranın şimalən həm türk, həm müsəlman, cənubən də ancaq müsəlman bulunduğu üçündür, yoxsa sadə farslıq üçün deyildir. İran farsları ilə bərabər bədəni-ümumi İslamda bir üzv buludnuqca bizim ona riayətimiz bir kamaldır. Lakin farslar İranı özləri ilə bərabər vücudi-İslamdən ayrı bir şey hesab etməyə və məzahibi-islamiyyənin heç birinə qənaət etməyərək, yenidən Zərdüştü “təqdisə” və mədəniyyətini əhyaya qalxışdıqca bizim onlarla heç bir əlaqəmiz olamaz. “Füyuzat”ın tutduğu yol türklük, müsəlmanlıq və avropalılıqdır. Türk hissiyyatı ilə mütəhəssis, İslam dini ilə mütədəyyin və Avropa mədəniyyəti-hazirəsilə mütəməddin olmaqdır. Yoxsa farslaşmaq, Zərdüştün sönmüş mədəniyyəti ilə mədəniləşmək deyildir. Şəhərimizdə farsi lisanında çıxaraq üstü örtülü bir Şərq bürokratiyası qoxusu nəşr edən “Həqayiq” məcmuəsi “Həblülmətin” cərideyi-mötəbərəsindən ibrət almalı idi, anlamalı idi ki, farslığın, fars lisanının, fars əfkarının meydani-ictahidi İranın cənubi ilə, Belucistan  və Hindistandır, yoxsa Azərbaycan, Qafqaz, Rusiya  və ələlümum Baykal gölündən Afrika səhrayi-kəbirinə qədər imtidad edən Türk aləmi-müəzzəmi deyildir”.

Birincisi, Hüseynzadənin bu fikirlərindən belə bir nəticə çıxartmaq olar ki, Türklərin, Türk aydınlarının “İran”a olan sevgisi “İran”ın şimalının türk-müsəlman, cənubunun (farsdillilərin) isə müsəlman olmasına görədir. Əgər farsdillilər nə zamansa müsəlmanlıqdan imtina edərək zərdüştlüyə dönərlərsə, türklər birmənalı şəkildə onlardan ayrılacaqlar. Başqa sözlə, Hüseynzadə “İran mədəniyyəti” adı altında zərdüştlük maskasına bürünmüş fars şovinistlərinə demək istəyirdi ki, farslarla türkləri bir arada tutan “ortaq vətən” ya da fars mədəniyyət, fars dini (zərdüştlük), fars dili deyil, İslam dini və İslam mədəniyyətidir. Əgər farslar türklərlə onları birləşdirən əsas bağdan – İslam dini və İslam mədəniyyətindən uzaqlaşıb fars dininə (Zərdüştlüyə), fars mədəniyyətinə üz tutmaq niyyətindədirlərsə Türklər onların yoluyla getməyəcəkdir, çünki türklərin öz yolu vardır. Hüseynzadə yazırdı: “İranın keçmiş xidmətlərini, qədim mədəniyyətini kim inkar ediyor? Ancaq bu gün hünər keçmiş ilə fəxr etməkdə deyildir, təzə bulunmaqdadır. Hal-hazırın və hətta istiqbalın mədəniyyət ləvazimatlarından bir şey əldə edə bilməkdədir. İranın keçmişdə gözəl ədəbiyyatı var idi. Lakin bu gün ədəbiyyatdan, mətbuatdan bir əsər görünmüyor. Bu yolda nə varsa türklərdədir.  Fars dili bir əsrdən bəri geriləməyə üz tutduğu halda (“Həqayiq”in dili də buna dəlil ola bilir) Türk dili gündən-günə tərəqqi etməkdədir”.

 “Atəşi-Zərdüştü heç bir vaxt təqdis edəmiyəcəyiz. Biz Zərdüştə Budda və Konfusi ilə bərabər ancaq hörmət edə biləriz” deyən Hüseynzadə şiəlik məzhəbinin də “İran”ın, fars mədəniyyətinin adına çıxılmasına qəti etiraz edirdi. O, yazırdı: “Şimdi, şiə məzhəbini burada zikr etməməkdən istidlal edə bilərəm ki, onu İran ixtiraatından ədd ediyorsan! Lakin yanılyorsan, zikr etdiyin dörd məzhəb ixtiraatdan mədud olmuyacağı kimi, şiəlik də nə ixtiradır və nə də İran ixtirasıdır. Haqq bildiyimizbu beş məzhəbin beşi də islamiyyətin ibtidayi –zühuruna qərib zamanlarda ya çox az sonra övsuq və o vaxt əldə bulunan mənbələrə istinadən ictihad təriqilə tə.əkkül etmiş məzhəblərdir. Ona görə də, ixtira deyil, ictihaddır!”.

İkincisi, Hüseynzadə farslara xəbərdarlıq edirdi ki, “İran” əsasən iki hissədən ibarətdir, onun da yalnız cənubunda farslıq, fars dili, fars mədəniyyəti hakimdir. “İran”ın şimalında, o cümlədən Azərbaycanda, Xorasanda isə türklük, Türk dili, Türk mədəniyyəti mövcuddur ki, bu da, Baykaldan başlayıb Afrika səhralarına qədər geniş bir ərazidə hökm sürən Türk aləminin (Turanın) ayrılmaz bir hissəsidir. Bizcə, Hüseynzadənin bu fikirlərində “ortaq yurd” məsələsi baxımından türklərlə farslar arasında bərabərlik işarəsi qoyulmaqla yanaşı, sonunculara hədlərini aşmaması tövsiyyə olunurdu. Başqa sözlə, “İran” adlandırılan bu ölkəyə farslardan bəlkə də çox Türklərin haqları olduğunu, eyni zamanda hər iki millətin öz dilinin və mədəniyyətinin olması da xüsusilə vurğulanırdı.

Gördüyümüz kimi, 19-20-ci əsrlərin qovşağında və sonralar bəzi Türk (Azərbaycan) aydınlarımız ilk baxışda “İran”ın ortaq yurd olması düşüncəsindən çıxış edib bu məmləkətdəki türklərin “İran”, “iranlılıq” üçün savaşmalarını məqbul görsələr də, sonralar türklərin idealı kimi yalnız Türklüyü, Azərbaycanı, Turanı hədəfləyiblər. Şübhəsiz, buna səbəb yalnız farsdililərin türklərə qarşı yürütdüyü qorxunc siyasət deyil, ən vacibi türklüklə farslılığın, turanlılıqla iranlılığın üst-üstə düşməməsi önəmli rol oynamışdır. Yəni tarix boyu türklər əsas ideal olaraq İran və iranlılığı deyil, Turan və Turanlılıq məfkurəsini mənimsədiyi üçün bununla bağlı  müəyyən anlaşmazlıq olsa da, əsil Türk aydınlarının gec-tez əsas hədəfə yönələcəkləri şübhəsiz idi.

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib
22.09.2017, 00:56

Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib

Minlərlə niderlandlı qadından pisuar etirazı
22.09.2017, 00:43

Minlərlə niderlandlı qadından pisuar etirazı

Hacıqabulda məsciddən oğurluq
22.09.2017, 00:30

Hacıqabulda məsciddən oğurluq

Bu gündən Məhərrəm ayı başlayır
22.09.2017, 00:14

Bu gündən Məhərrəm ayı başlayır

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO
21.09.2017, 23:55

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO

Azərbaycan nefti bir qədər də bahalaşdı
21.09.2017, 23:29

Azərbaycan nefti bir qədər də bahalaşdı

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib
21.09.2017, 23:16

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib

Kredit tarixçəsi ilə bağlı qayda təsdiqlənib
21.09.2017, 22:33

Kredit tarixçəsi ilə bağlı qayda təsdiqlənib

Kompüter qarşısında saatlarla oturursunuzsa, BU ÇAYDAN İÇİN
21.09.2017, 22:19

Kompüter qarşısında saatlarla oturursunuzsa, BU ÇAYDAN İÇİN

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU
21.09.2017, 22:04

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU

Ermənistan parlamentinin deputatları Bakıya gəlib
21.09.2017, 21:46

Ermənistan parlamentinin deputatları Bakıya gəlib

İraqda İŞİD-ə qarşı əməliyyat başladı
21.09.2017, 21:27

İraqda İŞİD-ə qarşı əməliyyat başladı

Bərzani Makronun xahişini rədd etdi
21.09.2017, 21:14

Bərzani Makronun xahişini rədd etdi

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO
21.09.2017, 20:59

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO

Göyçay sakini özünü kanala atıb intihar etdi
21.09.2017, 20:45

Göyçay sakini özünü kanala atıb intihar etdi

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib
21.09.2017, 20:31

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu
21.09.2017, 20:14

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO
21.09.2017, 20:02

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər
21.09.2017, 19:53

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb
21.09.2017, 18:57

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR
21.09.2017, 18:42

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb
21.09.2017, 18:35

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib
21.09.2017, 18:20

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır   
21.09.2017, 18:18

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır  

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV
21.09.2017, 18:15

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV

İlham Əliyev Mali prezidentini təbrik edib
21.09.2017, 18:13

İlham Əliyev Mali prezidentini təbrik edib

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır
21.09.2017, 18:05

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  
21.09.2017, 17:52

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı
21.09.2017, 17:41

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR
21.09.2017, 17:34

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək   
21.09.2017, 17:33

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək  

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib
21.09.2017, 17:26

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA   
21.09.2017, 17:22

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21.09.2017, 17:17

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”   
21.09.2017, 17:11

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”  

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (47.3%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.97%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(12.7%)
- Məhərrəmlık əsl İslama ziddir(31.9%)