Modern.az

Bakı sakinləri arasında ölümün əsas SƏBƏBLƏRİ

Bakı sakinləri arasında ölümün əsas SƏBƏBLƏRİ

10 Dekabr 2016, 11:36

Bakı şəhərində əhalinin əsas ölüm səbəbləri açıqlanıb. Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, Azərbaycan paytaxtında əhalinin əsas ölüm səbəbi qan dövranı sistemi  xəstəlikləridir. Belə ki, hər il bu xəstəlikdən Bakıda 7500-dən çox adam ölür. Məsələn 2015-ci ildə paytaxtda 7614 sakin qan dövranı sistemi  xəstəliklərindən dünyasını dəyişib.

Paytaxt sakinləri arasında ölüm səbəbləri sırasında ikinci yerdə yeni törəmələr (xərçəng törədiciləri, bədxassəli şişlər) gəlir. Hər il Bakıda 2000-ə yaxın insan yeni törəmələr səbəbindən vəfat edir.

Həzm  sisteminin xəstəliklərindən hər il təxminən 500 nəfər, travmalar, zəhərlənmələr  və  xarici  səbəblərin təsirinin bəzi  digər nəticələrindən 600 nəfər, endokrin  sisteminin xəstəlikləri, maddələr mübadiləsi  və qidalanma pozğunluqlarından 200 nəfər, perinatal  dövrdə  meydana çıxan  xüsusi  hallardan 350-360 nəfər ölür.
Ölümün digər səbələri başqa hadisələrdən meydana gəlir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Bakıda ümumilikdə 12485 nəfər dünyasını dəyişib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir