23 yanvar 2017, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - Deputat Hüseynbala Mirələmov: “Dediklərimin hamısını montaj ediblər, belə olmaz axı!”
Deputat Hüseynbala Mirələmov: “Dediklərimin hamısını montaj ediblər, belə olmaz axı!”
10.12.2016, 12:53

Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”  fikirlərinin yer aldığı açıqlaması cəmiyyətdə böyük səs-küyə səbəb olub.

Ölkədə iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda, deputatın nə üçün bu cür danışması çox pis qarşılanıb.

Dünəndən bəri sosial şəbəkələrdə ünvanına xoş sözlər deyilmədiyindən xəbərdar olan deputat Hüseynbala Mirələmov Modern.az saytına açıqlamasında  məsələyə daha ətraflı aydınlıq gətirib.


“Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı konteksdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, “indiki dövrdə xanımlarımızın çoxu  fiqura saxlamaq üçün heç nə yemir-içmir”. Özü də bir neçə dəfə dedim ki, “bu, zarafatdır”. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb.

Jurnalistlə səmimi şəkildə söhbət etdik, zarafatlaşdıq. Bu millətin bəzi üzvləri sanki bir-birinə qənim kəsilib. Belələri sanki 1937-ci ildə bir-birinin qanını içən adamların nəvə-nəticələridir. Belə olmaz axı!

Böyük Vətən Müharibəsində ata-babalarımız nə qədər əziyyət çəkiblər. Çətinlik görüblər. Ac-susuz qalıblar, amma vətənə kömək ediblər. Əgər vətənimiz çətin durumdadırsa,  onun yolunda canımızı da verməliyik. Hər bir azərbaycanlı belə düşünməlidir”.

Hüseynbala Mirələmov, qalmaqala səbəb olan müsahibəsi zamanı toxunduğu məqamları xüsusi qeyd edib.

“Müsahibədə Azərbaycanın stabil vəziyyətini xüsusi qeyd etmişəm. Bu gün Suriyada, İraqda yaşayan insanların vəziyyəti çox acınacaqlıdır. Nə yaxşı ki, dövlətimiz belə deyil. Azərbaycanın stabilliyi bizim üçün xəzinədir. Bizə qismət olub ki, sülh şəraitində yaşayırıq. Ölkələr var ki, milyonları, sərvətləri, neftləri var, amma rahat nəfəs ala bilmirlər. Qırılırlar... Müsahibədə bunların hamısını demişəm. Amma heç biri verilməyib. Müsahibə verən zaman yanımda bir oğlan vardı. Zarafatla dedim ki, “az yeyək, ayağımızı yorğanımıza görə uzadaq”.
Biz də insanıq da... Nə olar ki, zarafat edəndə... Gərək bir-birimizə düşmən olaq?! Adam var 1000 manat gəlir qazanır. Xərcləyir. Adam da var 200-300 manat əmək haqqı alır. Bu mənada demişəm ki, hər kəs ayağını yorğanına görə uzatmalıdır. Ailə büdcəsinə uyğun hərəkət etməlidir. Bu fikirlərimdə qəbahətli nə var axı, oturub-durub məni təhqir edirlər?! Əgər 1000 manat qazanıramsa, onu elə xərcləməyə çalışıram ki, bu ay üçün ailəmi saxlaya bilim”.

Deputat bizneslə məşğul olduğu barədə deyilənlərə belə aydınlıq gətirib.

“Hüseynbala Mirələmov millət vəkilidir. Hüseynbala Mirələmov yazıçıdır. Hüseynbala Mirələmov alimdir, professordur. Vəssalam! Mən biznesmen deyiləm. Dövlət Neft və Sənaye Universitetində kafedra müdiriyəm. Ola bilər ki, mənim ailəmin digər üzvləri  bizneslə məşğul olur. Buna görə onların qarşısını ala bilmərəm. Aldığım məvacib mənə kifayət qədər bəs edir. Mənim yazıçılığım, elə mənim biznesimdir. Dünyanın 39 ölkəsinə kitablarım tərcümə olunub”.
 

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.01.2017, 12:21

Qırmızı Xaç Komitəsindən meyiti ermənilərdə qalan əsgərimiz haqda yeni AÇIQLAMA

23.01.2017, 12:15

Füzulidə yas mərasimlərindəki israfçılığa son qoyulub

23.01.2017, 12:12

Dollar BAHALAŞDI: 1.86 AZN-ə YAXINLAŞDI

23.01.2017, 12:12

Kanada vətəndaşı olmaq asanlaşacaq

23.01.2017, 12:08

Köçkünlərin güzəştləri LƏĞV EDİLİR

23.01.2017, 12:07

Prezident hökumət əleyhinə etirazlara dəstək verdi

23.01.2017, 11:58

“Azərbaycanlı jurnalistin Lavrova verdiyi sual ola bilsin ki, uğurlu deyildi”

23.01.2017, 11:51

Moskva aeroportlarında 36 reys təxirə salınıb, 11-i gecikir

23.01.2017, 11:50

Jurnalisti Polad Bülbüloğlu işdən çıxartdırıb? - Səfirlikdən AÇIQLAMA

23.01.2017, 11:35

“The Washington Times”: Tramp Qarabağ məsələsini həll edib Nobel ala bilər  

23.01.2017, 11:31

Tanınmış jurnalist Çingiz Sultansoy Almaniyadan sığınacaq aldı

23.01.2017, 11:16

BP-nin vitse-prezidenti BANM-da

23.01.2017, 11:10

Prezident yeni hərbi şəhərciyin açılışında iştirak edib

23.01.2017, 11:03

Qarabağda 4-cü uşağı olan ermənilərə 4 min dollar hədiyyə

23.01.2017, 10:56

Türkiyədə başqanlıq sistemi - Siyasi araşdırmaçılar nə deyir?

23.01.2017, 10:48

Azərbaycanın  ATƏT-dəki Daimi Nümayəndəliyinin BƏYANATI

23.01.2017, 10:43

Kapital Bank 20 000 manatadək nağd pul krediti təklif edir

23.01.2017, 10:39

Ermənilər cəbhədə itki verdilər

23.01.2017, 10:38

Cəbhədə monitorinq olacaq

23.01.2017, 10:36

Keçmiş prezident 11 milyon dolları götürüb ölkədən qaçdı

23.01.2017, 10:36

Nazir qaranlıqda qaldı

23.01.2017, 10:03

Gülər Əhmədova HİRSLƏNDİ: “Yerə soxum sizi, tupoylar”

23.01.2017, 09:57

Azərbaycanda meyitdən orqan köçürmək 2 qayda əsasında mümkün olacaq

23.01.2017, 09:50

Trampın xanımının çılpaq şəkilləri nümayiş ediləcək

23.01.2017, 09:48

Cəbhədə erməni TƏXRİBATI...

23.01.2017, 09:39

Tramp Netanyahunu Vaşinqtona dəvət etdi

23.01.2017, 09:33

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

23.01.2017, 09:27

Bu gün AŞPA-nın qış sessiyası BAŞLAYIR

23.01.2017, 09:22

Azərbaycanda siqaret çəkənlərin STATİSTİKASI

23.01.2017, 09:20

İmişlidə binada yanğın: 2 nəfər təxliyə olundu

23.01.2017, 08:52

“Dolların ucuzlaşmasına ümid etmək sadəlövhlükdür”

23.01.2017, 00:56

Qar uçqunu 3 nəfərin həyatına son qoyub

23.01.2017, 00:43

"Azadlıq" qəzetinin rəhbəri ölkəni tərk edib

23.01.2017, 00:30

AŞPA-nın qış sessiyası bu gündən öz işinə başlayır

23.01.2017, 00:16

İstanbula uçan təyyarə İranda məcburi eniş edib

ARXİV