Modern.az

“Sadıqcan” adlı kitabın təqdimatı olub

“Sadıqcan” adlı kitabın təqdimatı olub

11 Dekabr 2016, 19:00

Dekabrın 9-da Azərbaycan tarının yaradıcısı Ustad Sadıqcanın 170 illiyi ilə əlaqədar beynəlxalq səviyyədə tanıtım tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində iki dildə Azərbaycan və İngilis dillərində yazılmış “Sadıqcan” adlı kitabın təqdimatı keçirilib.


Kitabda Azərbaycan Tarının Atası Mirzə Sadıq Əsəd oğlunun – Sadıqcanın həyat və yaradıcılığı ilə bağlı, onun tar ifaçılığa gətirdiyi yeniliklər və milli musiqi irsimizdəki rolu  haqqında zəngin məlumatlar və şəkillər əks olunub.

Təqdimat zamanı filologiya elmləri üzrə fəlsəfə doktorudur Gülhüseyin Kazımlı kitabdan söz açaraq Azərbaycan Tarının Atası Mirzə Sadıq Əsəd oğlunun – Sadıqcanın həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verib və onun yaradıcılığının təbliğatında bu kitabın yüksək əhəmiyyətindən danışıb.

Sonra  “İşıq” Sosial-İqtisadi İnkişafa  kömək ictimai birliyinin sədri, layihənin rəhbəri İlqar Əliyev “Sadıqcan” adlı kitabın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlandığı, kitabın yazılmasında xidməti olan şəxslər və kitabın mahiyyəti haqqında geniş məlumat verib. Tədbirdə həmçinin çıxış edən musiqişünas Əzizova Gülşən Ustad Sadıqcanın həyat və yaradıcılığı ilə bağlı, onun tar ifaçılığına gətirdiyi yeniliklər haqqında danışıb.

Tədbirdə Ustad Sadıqcanın nəticəsi Elçin Sadıqov və kötücəsi Nurtac Sadıqova çıxış edərək bu kitabın ərsiyə gəlməsində xidməti olan bütün şəxslərə öz minatdarlıqlarını bildiriblər. Tədbir Şuşa rayon incəsənət xadimlərinin musiqi ifası ilə yekunlaşdırılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir