30 may 2017, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Heydər Əliyevin vəfatından 13 il keçir  
Heydər Əliyevin vəfatından 13 il keçir  
11.12.2016, 23:56

Dekabrın 12-si dünya şöhrətli siyasi xadim Heydər Əliyevi anım günüdür, onun vəfatının 13-cü ili tamam olur.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də parlamentin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. 

ABŞ-ın Klivlend klinikasında uzun müddət müalicə olunan görkəmli dövlət xadimi Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.



Modern.az

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.05.2017, 01:02

Moskvada güclü qasırğa: 11 ölü, 137 yaralı, Yenilənib

30.05.2017, 00:43

PKK bazaları bombalandı

30.05.2017, 00:29

"Rusiya Moldovaya lazımi cavab verəcək" - İqor Morozov

30.05.2017, 00:14

Rusiyanın 200 şəhərində etiraz aksiyaları planlaşdırılır

29.05.2017, 23:56

Vəba Yəməndə 500 insanın həyatına son qoydu

29.05.2017, 23:43

Türkiyədə qəzet redaktoru öldürülüb

29.05.2017, 23:27

Meyxanaçı Aydın Xırdalanlı tanınmaz hala düşüb - Foto

29.05.2017, 23:13

Şərikli tikilən binada yaşamağın cəzası - VİDEO

29.05.2017, 22:57

Prezidentlə hökumət arasında qarşıdurma

29.05.2017, 22:43

Sərxoş məktəb direktoru qəza törətdi

29.05.2017, 22:28

Fahişəxanaların “sevimli qonağı”, atasının məşuqəsinə tamah salan 35-ci prezident - MARAQLI

29.05.2017, 22:23

Çayın sayın BİLMƏK VACİBDİR

29.05.2017, 22:16

Süni əti təbii ətdən necə fərqləndirməli? - VİDEO

29.05.2017, 21:59

Makron Putinlə razılaşdı - Yenilənib

29.05.2017, 21:35

“Barselona”nın yeni baş məşqçisi məlum olub

29.05.2017, 21:24

Moldova 5 rusiyalı diplomatı ölkədən çıxarıb

29.05.2017, 21:08

Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim oldu

29.05.2017, 20:35

İraqda neft yatağında partlayış

29.05.2017, 20:09

Azərbaycan-İran əlaqələri müstəqillik dövründə uğurla inkişaf edib 

29.05.2017, 19:56

"ATƏT PA çərçivəsində ən yaxşı təcrübələrimizi bölüşməyə hazırıq" - Azay Quliyev

29.05.2017, 18:05

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29.05.2017, 17:21

Suriyada 17 kənd terrorçulardan azad edilib

29.05.2017, 17:00

““Azərbaycanda demokratiya boğulur” tipli fikirlər söyləmək fiksiyadır” – Əli Həsənov

29.05.2017, 16:27

Gənc Azərbaycan pianoçusu Kremldə çıxış edib

29.05.2017, 16:11

Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

29.05.2017, 16:02

Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır – Tanınmış ekspertdən ÇAĞIRIŞ

29.05.2017, 15:48

Elmar Məmmədyarov Kolumbiyaya getdi

29.05.2017, 15:25

3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və  müavini işdən qovuldu

29.05.2017, 15:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

ARXİV