Modern.az

Ulu öndərin böyüklüyü o idi ki...

Ulu öndərin böyüklüyü o idi ki...

Parlament

12 Dekabr 2016, 14:00

Fuad Muradov

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri



Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımiz rifahı üçün fəaliyyətini bu gün hər bir Azərbaycan vətəndaşı hiss edir.

Məhz ümummilli liderin qətiyyəti sayəsində Azərbaycanın mustəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib. Ulu öndərin xidmətləri danılmazdır. Onun  Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə həm inkişaf baş verib, həm də uzunmüddətli perspektiv açılıb. Xüsusilə gənclər hər zaman Ulu öndərimizin diqqət mərkəzində olub. Elə ilk fərmanlarından biri Gənclər və İdman Nazirliyinin yaradılması, ardınca  Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi buna bariz nümunədir. Ulu öndər özü həmin forumda iştirak edib gənclərimizin fikirlərini öyrənərək, Azərbaycan gənclərinin gələcək inkişafının təməlini qoyaraq həmin forumların silsilə şəklində həyata keçirilməsinə nail olub. Əslində, o zaman dövlət siyasətinin əsas hissəsi kimi Azərbaycanda gənclər siyasəti formalaşmağa başladı. Həmin siyasət bu gün də davam etdirilir.

Ulu öndərin böyüklüyü o idi ki, gənclərə hər zaman etimad göstərirdi. O hər zaman gəncləri irəli çəkərək, onlara etimad göstərərək, müxtəlif ictimai işləri həvalə edərək bir nümunə yaradırdı. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirillir.

Azərbaycanda gənclərin öz imkanlarını göstərməsinə həmişə şərait yaradılıb. Bu gün Azərbaycan gənci üçün bütün lazımi imkanlar var. Prezident mütəmadi olaraq gənclərə bağlı müxtəlif sərəncamlar imzalayıb. İstər Gənclər Fondunun yaradılması, istərsə də gənclər üçün qəbul edilən proqramlar onların inkişafına hesablanmış addımlardır. Bütün bunlar məhz Ümummilli liderin siyasi kursunun davamıdır. 

Eyni zamanda Heydər Əliyev Fondunun və ölkənin birinci xanımı Mehriban Əliyevanin fəaliyyətini də qeyd etmək lazımdır. Ulu öndərimizin mənəvi irsi olan bu Fondun fəaliyyəti bütün sahələrdə özünü göstərir. Lakin gənclər sahəsində, xüsusilə Azərbaycanın mədəniyyətinin təbliği istiqamətində aparılan işlər Ümummilli liderin qoyduğu təməl prinsipləri özündə əks etdirir.

Bu gün Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində  yetişməsinin təməli Ulu öndər tərəfindən qoyulub. Gənclərimiz vətənimizin azadlığı, müstəqilliyi uğrunda hər zaman hazır olmalıdırlar. Qarabağın azadlığı üçün ölkə başçısı tərəfindən siyasi kurs bəllidir. Gənclər Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər aparmalıdır. Həmçinin Ali Baş Komandanın əmrinə hazır olmalıdırlar.  Ümummilli liderin də gənclərə tövsiyyələri bu olub.

Odur ki, gənclər daim Ulu öndərin tövsiyyələrini öyrənməli və öz həyatlarında tətbiq etməlidirlər. Bu bizim hər birimizin mənəvi borcudur.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi