Modern.az

Ermənistan Kəlbəcərə görə dünya ermənilərinə müraciət edib

Ermənistan Kəlbəcərə görə dünya ermənilərinə müraciət edib

12 Dekabr 2016, 10:07

Ermənistanın işğal etdiyi Kəlbəcərdəki Mədəniyyət Mərkəzinin əsaslı təmir edilməsi ilə bağlı  Ararat Fondu dünyadakı erməni maliyyə qurumlarına və lobbisinə müraciət edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ararat Fondu sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

 

Müraciətdə göstərilir ki, hazırda mədəniyyət mərkəzi ağır tənəzzül vəziyyətindədir.

 

“Köhnə mərkəzi müasir standartlara uyğun bərpa edilməli, yeni dam örtüyü, qapı və pəncərələr, döşəməsi dəyişdirilməli, işıqlandırma və səsləndirmə sistemi yaradılmalıdır”.

 

Müraciətdə deyilir ki, Kəlbəcər Mədəniyyət Mərkəzinin əsaslı təmiri ilə bağlı xaricdəki Erməni fond təşkilatları ilə yanaşı Ararat Fondunun özü də maliyyə yardımı edəcək.

 

Qeyd olunur ki, Kəlbəcər Mədəniyyət Mərkəzi qondarma Dağlıq Qarabağ Respublikasının ən qədim mədəniyyət abidələrindən biri sayılır.

 

Maliyyə yardımının göstərilməsi bu cür əsaslandırılır:

 

“Mədəniyyət Mərkəzi erməni xalqının qədim və zəngin mədəniyyətini öyrənmək və bu irsi yeni gələcək nəsillərə ötürə bilmək üçün bərpası və təmiri mütləq lazımdır. Həmçinin Mədəniyyət Mərkəzi təmirdən sonra gənclər üçün xeyli sayda iş yerləri də olacaq”.

 

Qondarma respublikanın mədəniyyət üzrə səlahiyyətli şəxslərinin adından ünvanlanan müraciəti Ararat Fondu sosial şəbəkədə yayaraq bütün dünya ermənilərini bu aksiyada aktiv olmağa çağırıb:

 

“Siz hətta 1, 10 dollar da olsa belə bizə kömək edə bilərsiniz. Ən cüzi məbləğ olsa belə bu bizim işimizə yarıya bilər.

 

Sizdən xahiş edirik ki, bizim bu müraciəti sosial şəbəkələrdə bütün dünyadakı erməni maliyyə fondlarına və lobbisinə çatdırasınız”.

Qeyd edək ki, əslində bu siyasət Ermənistan tərəfindən həyata keçirilir. Sadəcə Ararat fondunu qabağa verməklə guya özünü gizli saxlayır.  

 

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir