Modern.az

22 yaşlı qız Masallıda hoteldə qətlə yetirilib

22 yaşlı qız Masallıda hoteldə qətlə yetirilib

12 Dekabr 2016, 23:29

Masallıda ağır qətl hadisəsi törədilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon ərazisində yerləşən hotellərdən birində qeydə alınıb. Salyan rayon sakini, 22 yaşlı Röya Novruz qızı Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, aldığı yaradan yerindəcə dünyasını dəyişib. Qızın meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

İlkin versiya kimi qətlin R.Novruzovanın keçmiş həyat yoldaşı, 41 yaşlı Masallı sakini İbrahim Paşa oğlu Muradov tərəfindən qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Onun saxlanılaraq istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı