Modern.az

Heydər Əliyev, Qabil və Hacıbala Abutalıbov - VİDEO

Heydər Əliyev, Qabil və Hacıbala Abutalıbov - VİDEO

13 Dekabr 2016, 09:25

Mahir Qabiloğlu


Həmişəyaşar prezidentimiz Heydər Əliyevin vəfatından 13 il ötdü. Atamın dostu Heydər Əliyevin vəfatından 13 il ötdü. İndi o da, atam da Haqq dünyasındadırlar. Onlarla bağlı xatirələrim çoxdur. Bəzilərini kağıza köçürtmüşəm. Ailə arxivində olan videolardan ikisini Modern.az saytında paylaşmışam. Və  tarixə dönmüş digər videoları da zaman-zaman ictimailəşdirməkdə davam edəcəyəm. Bu kadrlarda, xatirələrdə  Heydər Əliyevin böyüklüyü, ədəbiyyatımıza, mədəniyyətimizə qayğısı, diqqəti daha qabarıq görsənir.

“Heydər Əliyevlə şair Qabilin zarafatları” silsiləsindən yayımladığım növbəti – 3-cü videoda üç şəxs var: Heydər Əliyev, Qabil və Hacıbala Abutalıbov. 2002-ci ildə Müstəqillik gününün ildönümündə Şəhidlər Xiyabanında lentə alınıb. Bu videoyaya baxandan sonra, atamı o vaxt çox şairciklər tənqid edib.  Tənqid obyekti isə  48 il iki otaqlı, 28 kvatrat metrlik mənzildə yaşayan 76 yaşlı şair Qabilə prezident tərəfindən yeni mənzilin hədiyyə olunması idi.

Bu, atamın Heydər Əliyevin prezidentliyi dövründə etdiyi yeganə şəxsi xahiş idi. Bu görüş həm də onların sonuncu görüşüydü.




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu