Modern.az

İsmayıllıda ikinci zəlzələ oldu - YENİLƏNİB

İsmayıllıda ikinci zəlzələ oldu - YENİLƏNİB

Aktual

13 Dekabr 2016, 10:12

İsmayıllı rayonunda zəlzələ baş verib.

Modern.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ 4.4 maqnitudada, 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

***


İsmayıllı rayonunda bir gündə ikinci zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu gün yerli vaxtla saat 04:34-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

4.5 bal gücündəki zələzlə 9 km dərinlikdə olub. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?