28 mart 2017, Çərşənbə
Ana Səhifə - FOTOSÖHBƏT - Məzahir Süleymanzadə ilə FOTOSÖHBƏT
Məzahir Süleymanzadə ilə FOTOSÖHBƏT
13.12.2016, 14:14

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. Uşaqlıq və gənclik illəri Şamaxıda keçib. S.M.Qənizadə adına 1 nömrəli orta məktəbin məzunudur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "İdman" qəzetinin xüsusi müxbiri, "Kommunist" qəzetinin müxbiri, məsul katibi, redaktor müavini vəzifələrində çalışıb.


Azərbaycan mətbuatı tarixində 2 milyon tirajla çıxan yeganə qəzetin - "Səhər"in yaradıcısı və baş redaktoru olub. Əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimidir.

Ali Media Mükafatının ilk laureatlarından biridir. SSRİ Jurnalistlər İttifaqının xüsusi mükafatına, "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", "Araz" və başqa ədəbi mükafatlara layiq görülüb. Bir müddət pedaqoji fəaliyyətlə məşqul olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-dək kitabın müəllifi, redaktoru və naşiridir.


Hazırda Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini kimi fəaliyyətini davam etdirir.

Bu, mənəm - balaca Məzahir. Anam Umleyla Nəcəfqulu qızının qucağında özümü çox rahat hiss edirəm. (Bakı, 1953).

Çəmənlikdə qolu üstə dirsəklənib uzanan balaca Məzahirin uşaqlığı bax, Şamaxıdakı bu həyətdə keçib. (Şamaxı, 1957).

Anamın samovarı həmişə qaynar olardı, çay içə-içə qəzet oxuyardım. Yeri gəlmişkən, anam yazıb-oxumağı mənə hələ 3 yaşım olanda öyrətmişdi... (Şamaxı, 1968).

Hələ orta məktəbdə oxuyarkən, demək olar ki, hər gün ölkə və respublika qəzetlərində imzam görünərdi. (Şamaxı, 1969).

M.Ə.Sabir adına Mərkəzi Rayon Kitabxanasında buraxılan "Şəlalə" adlı gündəlik (!) divar qəzetinin redaktoru idim. (Şamaxı, 1970).

Əsgərlik illərimi də hərbi müxbir kimi keçirdim. Üstəlik, Tbilisidəki Ali Jurnalistika Məktəbini də bitirdim. (İrəvan, 1972)

Qəzet vitrinində öz məqaləni oxumağın da ayrı ləzzəti var idi...(Bakı, 1974).

Unudulmaz müəllimlərim Nəriman Zeynalov, Əliş Nəbili, tələbə yoldaşlarım Gövhər Rzayeva, Ağalar Mirzə və mən. (Bakı, 1974).

Tale məni ağır sınaqlara çəkdi. Tez tapdığım məhəbbətimi tez də itirdim...(Bakı, 1980)

 

Ailəm. Gülnarə xanım həkimdir. Samir isə İtaliyada ali təhsil aldı. (Bakı,1985)

Növbəti mükafatın sevinci. (Bakı, 1987).

Mən, Şahmar Əkbərzadə və Fikrət Qoca. (Bakı, 1988).

Unudulmaz Cəmil Əlibəyovla. (Bakı, 1989).

 

Dünya şöhrətli rəssam Tahir Salahov və mən.(Bakı, 1990).

20 Yanvar qırğını məni həm jurnalist, həm də vətəndaş kimi sınaqdan çıxardı.(25 yanvar,1990).

Ömrümün ən unudulmaz anlarından biri. Ümummili liderimiz Heydər Əliyevlə Naxçıvanda, lampa işığında dörd saatlıq söhbət. (Naxçıvan, oktyabr, 1992).

Süleyman Dəmirəllə unudulmaz görüş. Bəxtiyar Qaraca, Əmir Mustafayev və mən. (Türkiyə, Ankara, 1993).

Tofiq Rüstəmov, Hacı Hacıyev, Hidayət Elvüsal və mən unudulmaz Osman Mirzəyevin anım mərasimində.(Bakı, 1993).

Unudulmaz Əzizə Cəfərzadə, Hidayət Elvüsal (solda), cənublu qonağımız Əlirza Miyanalı və mən.(Bakı, 1993).

 

Ümummilli lider Heydər Əliyev əlimi sıxıb dedi: "Sağ olun, siz xalqımız üçün ağır günlərdə əsl jurnalistika qəhrəmanlığı göstərmisiniz!" (Bakı, Respublika sarayı, 19 yanvar, 2000).

Mən tələbələrimi unutmuram, onlar da məni. Müəllim üçün bundan böyük fərəh ola bilməz. (Bakı, 2002).

Jurnalist taleyimdən narazı deyiləm, çox ölkələr gəzmiş, çox ellər dolaşmışam. (Trinidad və Tobaqo. Port of Speyn. 2005).

Həyatım, fəaliyyətim həm də futbolla bağlı olub. AFFA-da, "Neftçi"də işləmişəm, milli komandamızın qələbəsinə sevinib, məğlubiyyətinə üzülmüşəm. (İngiltərə, Nyukasl. 2005).

Əsgər atası olmaq qəlbimdə xüsusi duyğular yaratmışdı. Samirin andiçmə mərasiminə əmisi, Qarabağ müharibəsi veteranı Mahir Süleymanov da gəlmişdi. (2006).

Mən, Əməkdar jurnalist Yusif Kərimov və Azərbaycan Pespublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, pofessor Əli Həsənov. (Bakı, 2014).

Tələbə yoldaşlarımla hər görüş unudulmaz xatirəyə çevrilir. (Bakı, 2015).

 Türk dünyasının böyük oğlu şair Oljas Süleymenovla. (Bakı, 2016).

Gözlərimin işığı, ömrümün yaraşığı nəvələrim Məryəm və Mədinə ilə. (Şamaxı, 2016).

Bu yaşa gəlib çatsam da Ustad dərsinə həmişə ehtiyac duyuram. (Bakı, 2016).

İndi həm yaradıcılıqla məşğul olur, həm də Ahıl Jurnalistlər Məclisinin sədr müavini kimi veteran mətbuat işçilərinə baş çəkirəm. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun rəhbərliyi ilə 20-dən artıq jurnalist ailəsinin qapısını döymüş, onları sevindirmişik. (Bakı, 2016).

 

Gənclik dostum Musa Yaqub və tələbə yoldaşım Baba Vəziroğlu ilə. (Bakı, 2016).

 

Düz 55 il əvvəl mənə "Ana", "Azərbaycan" yazmağı öyrətmiş ilk müəllimim Ceyran Poladova ilə görüş qəlbimdə unudulmaz təəssürat yaratdı. (Şamaxı, 2016).

Həmkarlarım Yusif Kərimov və Aida Eyvazlı ilə. (Bakı, 2016).

 

 

Pərvin Arzuqızı


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.03.2017, 10:04

Neftçalada 1 nəfər Kür çayında boğuldu

28.03.2017, 09:54

“Azərsun”un məhsulu ilə dolu yük avtomobili yoxa çıxdı — MİLYONLUQ MÜƏMMA

28.03.2017, 09:50

Ermənilər mövqelərimizi atəşə tutdu

28.03.2017, 09:45

Magistraturaya sənəd qəbulu bu gün yekunlaşır

28.03.2017, 09:33

Azərbaycanlı alimin Əfqanıstan barəsindəki tədqiqat əsəri çap olundu

28.03.2017, 09:23

“MADE İN ARMENİA” etiketli malı Azərbaycana gətirənlər mütləq cəzalandırılmalıdır!”

28.03.2017, 09:00

Pornoqrafiya yayanların cəzası ağırlaşdırılır

28.03.2017, 08:54

Dolların bugünkü MƏZƏNNƏSİ

28.03.2017, 00:51

Güclü külək Tovuzda fəsadlar törədib

28.03.2017, 00:35

Yəməndəki terrorda 11 nəfər öldü

28.03.2017, 00:22

65 yaşlı kişi özünü asdı

28.03.2017, 00:09

Vərəmdən 32 min insan öldü

27.03.2017, 23:52

Bərdədə ağır qəza: 8 yaralı

27.03.2017, 23:31

Putin Kremli tərk etməyəcək

27.03.2017, 23:19

Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib

27.03.2017, 23:03

Daha bir şəhər su altında qaldı

27.03.2017, 22:49

Azərbaycanda 3 min manata xoruz satılır - Video

27.03.2017, 22:44

Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası – QİYMƏTLƏR + FOTOLAR

27.03.2017, 22:33

Neftçala sakini lilsovuran gəminin altında qalıb

27.03.2017, 22:22

Vətəndaş toya gəlməyənləri məhkəməyə verib - Video

27.03.2017, 22:07

Dünyanın ən çox qazanan futbolçu və məşqçisi

27.03.2017, 21:52

Həbsdə olan sabiq müstəntiq valideynləri ilə görüşüb

27.03.2017, 21:37

İngiltərə XİN rəhbəri Rusiyaya səfərini təxirə salıb

27.03.2017, 21:23

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlandı

27.03.2017, 21:07

Mosulda 112 dinc sakinin meyiti aşkarlanıb

27.03.2017, 20:54

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

27.03.2017, 20:38

Səfir etimadnaməsini prezidentə təqdim edib

27.03.2017, 20:29

Anar Məmmədov  borcunu qaytardı: əmlakı üzərindən həbs götürüldü

27.03.2017, 20:13

“Azərbaycan Ukraynanın  strateji tərəfdaşıdır” - Prezident

27.03.2017, 20:02

Polisin xidməti avtomobilini zədələyən şəxs saxlanılıb

27.03.2017, 19:00

Qaxda avtomobil aşıb, bir nəfər ölüb

27.03.2017, 18:47

Bakının bu küçələrinə giriş məhdudlaşdırılacaq

27.03.2017, 18:39

Nazirlik: Yay vaxtına keçidin ləğvi ilə bağlı problem tam aradan qaldırılıb

27.03.2017, 18:30

Məhkəmə “işıq məhbus”larının şikayətini təmin etmədi

27.03.2017, 18:26

Xarici Kəşfiyyat Xidmətinin rəis müavininə general-mayor rütbəsi verildi

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(4.34%)
Azərbaycan Dövlət İqtisad Universiteti(8.07%)
Bakı Dövlət Universiteti(19.2%)
Bakı Ali Neft Məktəbi(1.86%)
Azərbaycan Dillər Universiteti(42.2%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(3.72%)
Azərbaycan Texniki Universiteti(2.48%)
Azərbaycan Tibb Universiteti(3.10%)
Bakı Slavyan Universiteti(3.10%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(11.8%)