21 aprel 2018, Şənbə
Ana Səhifə - TƏHSİL - Orta məktəblər imtahanlarında qaydalar sərtləşdi - QƏRAR
Orta məktəblər imtahanlarında qaydalar sərtləşdi - QƏRAR
13.12.2016, 12:01

Nazirlər Kabineti “Ümumi  təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nı təsdiqləyiobb.
Modern.az xəbər verir ki, Baş nazir Artur Rasizadənin imzaladığı qərala IX-XI siniflərdə buraxılış imtahanlarına buraxılış və iştirak qaydaları sərtləşdirilib.

Qərarda deyilir:


Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tabeliyindən, mükiyyət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində (bundan sonra - ümumi təhsil müəssisələrində) təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarını müəyyən edir.

1.2. Ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

1.3. Ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviy­yə­ləri­ndə təhsilalanların yekun qiymətləndirilməsi (attes-tasiyası) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən aparılır.

1.4. Təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) üçün Mərkəz tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının test tapşırıqlarının və inşasının məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)"na uyğun olaraq, Mərkəz və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən birgə müəyyən edilir.

1.5. Buraxılış imtahanlarının keçiriləcəyi günləri və imtahanların aparılması texnologiyasını Mərkəz və Azərbaycan Respublikasının Təhsil Nazirliyi birgə müəyyən edirlər.

1.6. Buraxılış imtahanının keçirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.

1.7. Ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:

1.7.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı;

1.7.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti.

1.8. Tam orta təhsil səviyyəsində təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:

1.8.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası;

1.8.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.

1.9. Qiymətlərin ədədi ortası tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman, atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.

1.10. Ümumi orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.

1.11. Tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.

1.12. Bu Qaydaların 1.10-cu və 1.11-ci bəndlərində göstərilən şagirdlərin və ya buraxılış imtahanında iştirak etməyən buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır və onlara ümumi təhsil müəssisələrində təhsil almalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na uyğun olaraq arayış verilir.

1.13. Ümumi orta təhsil səviyyəsi üzrə psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilmiş sağlamlıq imkanları məhdud təhsilalanların bütün fənlər üzrə yekun qiymətləndirilməsi (attestasiyası) bu Qaydaların 1.7.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada aparılır.

1.14. Tam orta təhsil səviyyəsi üzrə psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilmiş sağlamlıq imkanları məhdud təhsilalanların bütün fənlər üzrə yekun qiymətləndirilməsi (attestasiyası) bu Qaydaların 1.8.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada aparılır.

1.15. Yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən elektron təhsil sənədinə yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

2. Buraxılış imtahanı

2.1. Buraxılış imtahanlarına hazırlıq məqsədilə imtahanda iştirak edəcək şagirdlər haqqında məlumatları özündə əks etdirən "Şagird-məzun" elektron məlumat bazası Azərbaycan Respublikasının Təhsil Nazirliyi (ümumi təhsil müəssisələri üzrə) tərəfindən təhsilalanların fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu) göstərilməklə təqdim edilən məlumatlar (verilənlər bazası) əsasında Mərkəz tərəfindən formalaşdırılır.

2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili və riyaziyyat fənlərindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir.

2.3. Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dilindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir.

2.4. Birinci mərhələdə şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir.

2.5. Buraxılış imtahanının birinci mərhələsində imtahanın müddəti 2 saat 30 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.6. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. İkinci mərhələdə imtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.7. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara birinci mərhələdə 10 açıq tipli, ikinci mərhələdə 30 qapalı tipli test tapşırığı təqdim edilir.

2.8. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində hər iki mərhələdə imtahanın müddəti 45 dəqiqədir. İmtahanın başlanmasından 15 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.9. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də bu Qaydaların 2.3-2.6-cı bəndlərində nəzərdə tutulmuş qaydada imtahan verməlidirlər.

2.10. Birinci mərhələnin imtahan nəticələri imtahan keçirildiyi gündən etibarən ikinci mərhələnin keçirildiyi vaxtadək, ikinci mərhələnin nəticələri isə imtahan keçirildiyi gündən 5 (beş) gün müddətində elan edilir. Şagirdlərin fənlər üzrə test tapşırıqlarına cavab ballarının cəminin 100 ballıq qiymət şkalasına uyğunluğu aşağıdakı cədvələ əsasən müəyyən olunur:

 

 

Fənn

Komponent № 1

(I mərhələ, test tapşırıqları) 

Komponent № 2

(II mərhələ, test tapşırıqları) 

Komponent № 3

(I mərhələ, esse) 

maksi-mal bal

test tapşı-rıqlarının sayı

bal

maksi-mal bal

test tapşı-rıqlarının sayı

bal

mak-simal bal

 

(əlavə qiy-mət)

növü

Azərbay-can dili/

rus dili

30

20 (10 açıq
 +
10 qapalı)

2∙nd (açıq) +

nd (qapalı)

70

30 (qapalı)

10

esse

Riyaziyyat

30

10 (açıq)

3∙nd(açıq)

70

30 (qapalı)

-----

-----

 

nd (açıq) - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

 nd (qapalı) - qapalı tipli test tapşırıqlarına verilmiş balların cəmi

 

2.11. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili, riyaziyyat və xarici dil fənləri üzrə Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.12. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənlərindən verirlər. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Onlara tədris dilində hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.13. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, ali və ya orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün ali və ya orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də bu Qaydaların 2.11-ci bəndində nəzərdə tutulmuş qaydada imtahan verməlidirlər.

2.14. İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 (beş) günədək müddətdə elan edilir. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı kimidir:

 

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Azərbaycan dili/

rus dili

riyaziyyat

xarici dil/kimya

 

Tam orta

2

0-7

0-7

0-6

3

8-17

8-16

7-16

4

18-25

17-24

17-24

5

26-30

25-30

25-30

 

2.15. Şagirdin təhsil sənədinə yazılacaq yekun qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən sonra 10 (on) günədək müddətdə elan edilir.

2.16. Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Mərkəz tərəfindən baxılır. Həmin şagirdlər Mərkəz tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

2.17. Buraxılış imtahanı zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

2.17.1. saxta sənəd təq­dim ­et­mək;

2.17.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

2.17.3. imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə siqaret gətirmək;

2.17.4. səbəbindən asılı olmayaraq imtahan keçirilən zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, "İmtahan başlandı!" elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zalı tərk etmək və digər hərəkətlərə yol verməklə, imtahanın gedişinə mane olmaq;

2.17.5. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını gön­dərmək;

2.17.6. nəzarətçiyə tapşırıqların yerinə yetirilməsi ilə bağlı kömək üçün müraciət etmək;

2.17.7. cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalını tərk etmək.

2.18. Şagirdin bu Qaydaların 2.17-ci bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3. Şagirdlərin buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması

 3.1. Ümumi orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin yekun qiymətləndirməyə (attestasiyaya) buraxılmayan və ya eksternat qaydasında cari tədris ilində yekun qiymətləndirmədə (attestasiyada) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin yaratdığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.2-2.10-cu bəndlərində nəzərdə tutulmuş qaydada verirlər.

3.2. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin yekun qiymətləndirməyə (attestasiyaya) buraxılmayan və ya eksternat qaydasında cari tədris ilində yekun qiymətləndirmədə (attestasiyada) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin yaratdığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.11-2.14-cü bəndlərində nəzərdə tutulmuş qaydada verirlər.

3.3. Ümumi orta və tam orta təhsil səviyyələrini 2016/2017-ci tədris ilindən əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər bu Qaydaların 1.8-ci bəndi ilə müəyyən edilmiş qaydada çıxarılır. Bu zaman, buraxılış imtahanında iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür.

3.4. Tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız ümumi orta təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar. 

3.5. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilən hallarda şagirdin yekun attestasiyası aparılarkən illik qiymət, o cümlədən illik 2 qiyməti əvəzinə xüsusi komissiyanın verdiyi qiymət götürülür.

4. Yekun müddəalar

4.1. Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

4.2. Şagird Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət edir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 
21.04.2018, 01:11

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 

Qırğızıstanın yeni  Baş naziri məlum oldu
21.04.2018, 00:20

Qırğızıstanın yeni  Baş naziri məlum oldu

ABŞ məktəbində daha bir atəş açılıb
21.04.2018, 00:17

ABŞ məktəbində daha bir atəş açılıb

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək
21.04.2018, 00:14

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
21.04.2018, 00:13

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib

Ürəyi cavanlaşdırmağın yolu tapıldı
21.04.2018, 00:09

Ürəyi cavanlaşdırmağın yolu tapıldı

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib
21.04.2018, 00:08

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar
20.04.2018, 23:55

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”
20.04.2018, 23:46

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR
20.04.2018, 23:37

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb
20.04.2018, 23:26

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək   
20.04.2018, 22:18

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək  

Məşhur sovet kosmanavtı vəfat etdi
20.04.2018, 22:15

Məşhur sovet kosmanavtı vəfat etdi

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO
20.04.2018, 22:12

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 
20.04.2018, 21:30

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
20.04.2018, 21:17

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi
20.04.2018, 21:14

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi
20.04.2018, 21:02

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir
20.04.2018, 20:55

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 
20.04.2018, 20:43

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb
20.04.2018, 19:27

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR
20.04.2018, 19:15

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR

Prezident Dövlət Komitəsini ləğv etdi
20.04.2018, 19:09

Prezident Dövlət Komitəsini ləğv etdi

İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü
20.04.2018, 19:00

İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü

Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı
20.04.2018, 18:56

Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı
20.04.2018, 18:42

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq
20.04.2018, 18:39

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq

Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər
20.04.2018, 18:35

Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər

ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb
20.04.2018, 18:21

ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb

Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi
20.04.2018, 18:17

Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”
20.04.2018, 18:06

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”

Eldar Mahmudov məhkəməyə verilib
20.04.2018, 17:36

Eldar Mahmudov məhkəməyə verilib

Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı
20.04.2018, 17:35

Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı

Kikboksçularımız Londonda yığışır   
20.04.2018, 17:33

Kikboksçularımız Londonda yığışır  

Ermənistanda saxlanılanların sayı 183-ə çatıb
20.04.2018, 17:31

Ermənistanda saxlanılanların sayı 183-ə çatıb

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10%)
İmtahan qiymətləri normalıdr(5%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(75%)
İmtahan qiymətləri azaldılmalıdır(2.5%)
İmtahan qiymətləri artırılmalıdır(7.5%)