Modern.az

Deputatlar Parisdə korrupsiya ilə mübarizəni müzakirə edəcək

Deputatlar Parisdə korrupsiya ilə mübarizəni müzakirə edəcək

Aktual

13 Dekabr 2016, 12:04

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün dekabrın 13-də, bu gün Fransanın paytaxtı Parisə səfər edəcəklər. 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Qurumun Siyasi işlər və demokratiya komitəsində Avropada  təhlükəsizliyin təmin edilməsi və regionda stabillik üçün risklər, hökumət dairələrində korrupsiya ilə mübarizə, Livanda vəziyyət, Misirdə siyasi durum, yeni məruzəçilərin təyin edilməsi məsələləri ilə bağlı fikir mübadiləsi keçiriləcək. 


Monitorinq komitəsinin yığıncağında prosedur qaydaların təkmilləşdirilməsi, Ukraynada demokratik institutların fəaliyyəti, Türkiyə ilə dialoq,  Gürcüstanda və Moldovada keçirilmiş parlament və prezident seçkilərinin nəticələrinə dair müzakirələr aparılacaq. 


Millət vəkilləri bu tədbirlərdə qaldırılan məsələlərə öz münasibətini bildirəcək, rəy və təkliflərini verəcəklər.


Səfər dekabrın 16-da başa çatacaq.

 

Ağa AKİFOĞLU

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!