Modern.az

Milli Məclisdə diaspor komitəsi yaradıla bilər...

Milli Məclisdə diaspor komitəsi yaradıla bilər...

13 Dekabr 2016, 12:10

Bu gün dünyada diaspor, lobbiçilik işində, öz ölkələrini tanıtmaq siyasətində xüsusi istedadı və işi ilə seçilən millətlər və ölkələr var.

 

Dünya ölkələrinin bəzilərində diaspor işi üzrə dövlət komitə və nazirliklərlə yanaşı, ali qanunverici orqan olan parlamentlərdə də lobbiçilik siyasəti ilə bağlı ayrıca komitə və qurumlar da var.

 

Yəni həmin parlamentlərdəki diaspor komitələrindəki deputatlar birbaşa olaraq öz ölkələrinin xaricdəki diaspor təşkilatları ilə yaxından işləyib, bu siyasətə öz töhfələrini verirlər.

 

Bəs Azərbaycan Milli Məclisində də diaspor siyasəti ilə bağlı hansısa ayrıca komitə, yaxud qurum yaradıla bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, ölkədə diaspor işi ilə bağlı dövlət komitəsi var.

 

Deputat qeyd edib ki, sədri olduğu komitənin səlahiyyətlərindən biri də xarici ölkə parlamentləri vasitəsilə o ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının işinə töhfə vermək və bu siyasətə dəstək olmaqdır:

 

“Azərbaycanda diaspora işi ilə məşğul olan dövlət komitəsi var.

 

Təbii ki, biz də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq mütəmadi olaraq başqa parlamentlərlə münasibətlərimizdə hər zaman diaspor məsələsinə xüsusi olaraq yanaşırıq”.

 

Səməd Seyidov əlavə edib ki, ölkənin diaspor və lobbiçilik siyasəti eyni zamanda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin işinin tərkib hissəsidir:

 

“Həm də bizim münasibət qurduğumuz xarici ölkə parlamentlərinə seçilən deputatlara həmin ölkələrdə yaşayan Azərbaycanlılar da səs verirlər.

 

Elə ona görə də xaricdəki Azərbaycanın diaspor işi və bu içi xüsusi diqqətdə saxlamaq bizim komitənin də işinin tərkib hissəsidir”.

 

 

 

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər