Modern.az

Parlamentdə dava düşdü

Parlamentdə dava düşdü

13 Dekabr 2016, 12:44

Dekabrın 12-də Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyası və kürdlərin Xalqların Demokratik Partiyası deputatları arasında dava düşüb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, səhiyyə naziri çıxış edəndən sonra kürd deputat tribunaya yaxınlaşanda hakim partiyanı təmsil edən həmkarları zaldan onun ünvanına replikalar atıblar. Nəticədə söz mübahisəsi davaya keçib.

Cümhurriyyət Xalq Partiyasının deputatları dava edən parlamanetarları ayırmağa çalışıblar.

Dava nəticəsində kürd deputatlardan biri xəsarət alıb, parlamentin həkimi ona lazım olan yardımı göstərib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir