Modern.az

Mərkəzi Bank bütün ssenarilərə hazır olmalıdır

Mərkəzi Bank bütün ssenarilərə hazır olmalıdır

13 Dekabr 2016, 13:20

Manat yenidən kəskin devalvasiya qarşısında

 

Bu gün başlanan Federal Ehtiyatlar Sisteminin (FES) yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir. Bu haqda şərh verən iqtisadçı Vüqar Bayramov deyib ki, ABŞ birjaları artıq FES-in toplantısına reaksiya verməkdədir:

“Hazırda indekslər yeni artım rekordunu təzələyiblər. Yığıncaqda uçot dərəcəsinin 0.25 faiz artırılacağı gözlənilsə də, hələlik müşahidəçilər proqnoz verməkdə maraqlı görünmürlər. FES-də qərarların qəbulunun asan müzakirələrdən keçmədiyini nəzərə alsaq sadəcə hansı qərarın elan ediləcəyini gözləmək lazımdır”.

 

Əgər FES uçot dərəcəsini artırarsa, bu, qlobal və eləcə də Azərbaycan bazarına necə təsir göstərəcək?

 

V.Bayramov bildirib ki,  qlobal valyuta bazarı son bir ayda FES-in potensial qərarına hazır olmağa çalışdı:

“Son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin bu psixoloji təsirlərlə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. Aydındır ki, uçot dərəcəsi artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu həmçinin daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial senarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir