Modern.az

Netanyahu Bakıya gəlməzdən öncə mesaj verdi - YENİLƏNİB

Netanyahu Bakıya gəlməzdən öncə mesaj verdi - YENİLƏNİB

13 Dekabr 2016, 13:37

İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana gəlib. Modern.az-ın xəbərinə görə, Netanyahunu həyat yoldaşı Sara Netanyahu müşayiət edir.

 

Səfəri zamanı B. Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Görüşdə regional, habelə iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə ediləcək.

 

Görüşdə iki ölkə arasında standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq.

İsrail tərəfindən sənədə ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin imza atacaq. İsrail baş naziri Şəhidlər Xiyabanını ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq.

B. Netanyahu Azərbaycan təhsil naziri Mikayıl Cabbarovla birlikdə “Or avner” yəhudi icmasının təhsil aldığı təhsil kompleksinə baş çəkəcək və yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

 

Səfər bir gün davam edəcək. B. Netanyahu Bakıdan Qazaxıstana yola düşəcək.

 

***

“Azərbaycan və Qazaxıstan müsəlman dünyasının vacib və böyük ölkələridir”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında bildirib.
 
“Azərbaycanla Qazaxıstan müsəlman dünyasının iki böyük və vacib  ölkəsidir. Bizim məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətləri gücləndirməkdir. 

 

Vaxtaşırı  İsrail ilə bağlı eşitdiklərinizdən fərqli olaraq, İsrail nəinki siyasi təcriddən əziyyət çəkir, tam əksinə, bu ölkələr İsraillə münasibətlərini gücləndirmək istəyir. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə müsəlman dünyasının vacib ölkələrinə çatıb”.
 
Netanyahu ilk dəfə 20 il əvvəl baş nazir kimi Azərbaycana səfər etdiyini və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. O, hazırkı səfərini davamlılıq və vacib irəliləyiş adlandırıb.

 

Baş nazir Azərbaycandan Qazaxıstana yola düşəcək.

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı