Modern.az

Prokurorun Akif Çovdarovun qurbanı barədəki protesti rədd edildi

Prokurorun Akif Çovdarovun qurbanı barədəki protesti rədd edildi

Aktual

13 Dekabr 2016, 14:01

“Ləğv edilmiş MTN-nin sabiq generalı Akif Çovdarovun qurbanı olmuş şəxs barədə bəraət hökmü üzrə prokurorluq tərəfindən verilmiş kassasiya protesti təmin olunmayaraq, ədalət ən ali səviyyədə bərqərar olunub”.

Modern.az xəbər verir ki, bunu vəkil Adəm Məmmədov növbəti bəraət qələbəsi barədə xəbər verərkən deyib.

 

Vəkil ilkin olaraq Nəsimi rayon Məhkəməsinin və Azərbaycanın ən ədalətli hakimi adlandırdığı Şəlalə Həsənovaya, həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevə və AR Ali Məhkəməsinin hakimi Fərhad Kərimova qəbul etdikləri ədaləti qərarlara görə təşəkkür edib:

“İbtidai istintaq orqanı Nəcəf Fuad Valeh oğluna AR CM-nin 234.1-ci maddəsi (narkota) ilə ittiham verilmişdi. İlkin istintaq-əməliyyat tədbiri keçmiş MTN-nin əməkdaşları İbrahimov Elnur, Ələkbərov Yunis və Səfərov Əfqan tərəfindən həyata keçrilmişdir. Həmin əməkdaşlar hüququnu müdafiə etdiyim şəxsi döyərək yaşadığı mənzilə aparmış və bir müddət axtarış apardıqdan sonra 13 saylı MKİS-nə zəng edərək iki nəfər hal şahidinin göndərilməsini tələb etmişdilər.

Məhkəmə istintaqı zamanı keçmiş MTN-nin əməkdaşları tərəfindən çağrılmış hal şahidləri ifadələrində göstəriblər ki, mənzilə daxil olan zamanı əməlliyat müvvəkili E.İbahimov əlində büklünü göstərərək içərisində narkotik maddə olan kokain olduğunu və təqsirləndirilən şəxsin üzərindən çıxdığını deyib.

Həmçinin hal şahidləri təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi istintaq hərəkətində iştirak etmədiklərini və bu barədə tərtib edilmiş baxış protokolunu oxumadan imza etdiklərini göstriblər”.

A.Məmmədov bildirib ki, keçmiş MTN-nin əməkdaşları tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsi öz mənzilənə döyərək gətirdikləri zaman sonuncunun evinin giriş hissəsində olan müşahidə kamerası olanları qeydə alıb:

“Həmin çəkilişdən də görünür ki, tutulan şəxsin üzərinə baxış istintaq hərəkəti hal şahidlərinin iştirakı olmadan keçrilib. Eyni zamanda müşahidə kamerasının qeydə aldığı çəklişdən də görünür ki, Nəcəf Fuad Valeh oğlunun gözünün altı zərbədən qançır olub. Bu gün AR Ali Məhkəməsinin hakimi Fərhad Kərimovun ədaləti qərarı ilə Nəsimi rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin bəraət qərarları dəyişdirilmədən qüvvədə saxlanıldı”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır