Modern.az

Bəxtiyar Sadıqov xaricə getməməsinin səbəbini AÇIQLADI

Bəxtiyar Sadıqov xaricə getməməsinin səbəbini AÇIQLADI

13 Dekabr 2016, 15:41

Zaman-zaman jurnalistlərin, baş redaktorların xarici ölkələrə səfərləri təşkil edilir.

Amma çox zaman Milli Məclisin deputatı, “Azərbaycan  qəzeti”nin baş redaktoru, tanınmış jurnalist Bəxtiyar Sadıqov görünmür.

 

Deputat Modern.az-a açıqlamasında bunun səbəbəbi açıqlayıb.

“Bir səfərə getməkdəndirsə, yaxşı bir yazı yazıb oxuculara təqdim etmək daha faydalıdır”-deyə o əlavə edib.

Bəxtiyar Sadıqov heç vaxt xaricə səfər etməyə həvəsi olmadığını bildirib.

 

“Mənim vaxtım olan kimi yazı yazıram.  Həm də qəzetdən çox aralanmağı sevmirəm. Yəni qəzetdən aralanan kimi özüm formadan düşürəm. Həmçinin qəzet mənim zövqümdən uzaqlaşır. Ona görə də xaricə səfərlər olan zaman mən təşəkkür edirəm və qalıb öz işim ilə məşğul oluram”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı