Modern.az

Savçenko Timoşenkonun partiyasından getdi

Savçenko Timoşenkonun partiyasından getdi

Aktual

13 Dekabr 2016, 16:28

Ali Radanın deputatı Nadejda Savçenko Yuliya Timoşenkonun lideri olduğu “Batkivşina” partiyasının tərk edib.

Modern.az Ukrayna mediasına istinadən bildirir ki. bu haqda məlumatı partiyanın nümayəndəsi İvan Krulko verib.

“O, şəxsi siyasi karyerasına başlayıb. Biz fraksiya olaraq partiyanın üzvünə onun nə etməsi ilə bağlı heç nədeyə bilmərik. O, fəaliyyətini bizimlə razılaşdırmır”, - Krilko əlavə edib.

O, əlavə edib ki, Savçenko partiyadan gedişini bir neçə həftə əvvəl açıqlayıb.

Yuliya Timoşenko isə bir gün əvvəl “Batkivşina”nın iclasında deyib ki, fraksiya Savçenkonun partiyadan çıxarılması məsələsini müzakirə etmək niyyətindədir.

“Onun partiya ilə ümumi heç nəyi yoxdur. Biz fraksiyanı toplayıb, Savçenkonu da dəvət edib onunla bunların hamısını müzakirə edib qərar qəbul etmək istəyirik”, - o, bildirib.

Narazılığın səbəbi Savçenkonun Minskdə qondarma “Donetsk və Luqansk xalq respublikaları”nın liderləri aleksandr zaxarçenko və İqor Plotnitski ilə danışıqları olub.

Ukraynanın “Lura.net” portalına etibarlımənbə bildirib ki, Rusiya və Belarus səfirlərinin də iştirak etdiyi görüş bir neçə saat davam edib.

Ancaq görüşün konkret nə vaxt keçirildiyi açıqlanmır.

Baş verənləri şərh edən Savçenko deyib ki, görüşdə əsirlərin dəyişdirilməsi müzakirə olunub.

 

Onun sözlərinə görə, danışıqlar Minsk formatı”nı sürətləndirmək, onu yaxınlarda daha effektli etmək istiqamətində də gedib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!