Modern.az

Rusiyaya qarşı sanksiyalar uzadılacaq

Rusiyaya qarşı sanksiyalar uzadılacaq

13 Dekabr 2016, 16:38

"Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddəti uzadılmalıdır".

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın kansleri Angela Merkel Fransa prezidenti Fransua Ollandla keçirdiyi görüşdən əvvəl deyib.

 

Merkel bildirib ki,  Rusiyanın Ukraynanın şərqindəki münaqişədə atəşkəsi təmin edən Minsk razılaşmalarına dair  üzərinə götürdüyü öhdəliklərdə heç bir irəliləyiş yoxdur.

 “Yenidən Rusiyaya qarşı sanksiyların müddətini uzatmaq  ehtiyacı yaranacaq. Halbuki  Minsk prosesin həyata keçirilməsində daha hiss olunan tərəqqi görmək istərdik".

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?