Modern.az

Fuad Muradov milli komandamızın şahmatçıları ilə görüşüb - FOTO

Fuad Muradov milli komandamızın şahmatçıları ilə görüşüb - FOTO

13 Dekabr 2016, 16:39

Bu gün Milli Məclisin Gənclər və İdman Komitəsində şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

 

Moden.az xəbər verir ki, şahmatçılarımız ilə görüşən  Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və Komitənin sədr müavini Ülvi Quliyev ölkəmizdə idman sahəsinin inkişafından və dövlətin idman siyasətindən danışılıb.

 

Görüşdə qeyd edilib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Şübhəsiz ki, müxtəlif mötəbər idman yarışlarının ölkəmizdə keçirilməsi buna səbəb olub. Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı göz qabağındadır, xüsusilə şahmatın kifayət qədər inkişaf etdiyi vurğulanıb. 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi bunun bariz nümunəsidir. Görüşdə həmçinin Azərbaycan Şahmat Federasiyasında olan mövcud problemlər, bu idman növünün sonrakı inkişaf perspektivləri ətrafında önəmli fikir mübadiləsi aparılıb. 

 

Moden.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir