Modern.az

Türkiyənın Bakıdakı səfirliyində xatirə dəftəri açılacaq

Türkiyənın Bakıdakı səfirliyində xatirə dəftəri açılacaq

13 Dekabr 2016, 16:47

“Terrorla mübarizədə Azərbaycan Türkiyəyə dəstək göstərir, buna görə biz Azərbaycana öz təşəkkürümüzü bildiririk”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərlə görüşündə deyib.

 

Səfir bildirib ki, terrorla mübarizə çox vacibdir: “Terrorla mübarizə aparmaq lazımdır. “Mənə toxunmurlar” deyib, kənarda dayanmaq olmaz, hər kəs terrorla mübarizə aparmalıdır. Bu gün terrorizmə dəstək verənlər sabah terrorun qurbanı olacaqlar”.

 

Diplomat bildirib ki, Türkiyədə baş verən sonuncu terror aktı ilə bağlı dekabrın 14-də Türkiyənın Bakıdakı səfirliyində xatirə dəftəri açılacaq.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir