Modern.az

Deputat küçəyə atılmış körpəyə baş çəkdi - FOTOLAR

Deputat küçəyə atılmış körpəyə baş çəkdi - FOTOLAR

13 Dekabr 2016, 18:38

Milli Məclisin deputatı Aydın Mirzəzadə ötən gün Yasamal rayonunda küçəyə atılan yeni doğulmuş körpə qıza xəstəxanada baş çəkib. Modern.az xəbər verir ki, bu barədə deputat öz Facebook səhifəsində yazıb.

Dünən mətbuatda Bakının Yasamal rayonu ərazisində yaşayış bir yaşayış binasının qarşısındakı məişət tullantıları qutusunda yeni doğulmuş qız uşağılnın tapılması barədə məlumat yayıldı.

Bu gün körpənin taleyi ilə maraqlanmaq üçün onun yerləşdirildiyi K. Fərəcova adına respublika Elmi-Tədqiqat Pediatriya İnstitutuna getdim

Bildirildi ki, tapılanda qız uşağı təqribən 3- 4 saat imiş ki, dünyaya gəlibmiş Göbəyi kəsilmədən və heç nəyə bükülmədən o karton qutuya qoyularaq 5-6 dərəcə hərarərltli havada zibilxanaya atılıb. Körpə pediatrya institutuna gətriləndə onun temperaturu 32 dərəcəyə düşübmüş Yarım saat da geciksəydilər onun bədənin temperatur daha aşağı düşüb ürəyi dayancaqmış.

Qız uşağının taleyi səhiyyə nazirliyinin ciddi nəzarətinə götürülüb. İnstitutun reanimasiya şöbəsində aparaılan operativ müalicə nəticəsində bu gün artıq körpənin temperaturu bərpa edilib o süni qidalamaya qoşulub. Körpə güclü soyuqlama aldığından bir müddət müəlicəyə ehtiyacı vardır.

Hal-hazırda vəziyyəti stabil orta-ağırdır. Pediatriya İnstitunun bütün kollektivi körpənin müalicəsinə ciddi diqqət edir, vaxtaşırı körpənin sağlamlığı ilə bağlı baş həkimə məlumat verilir.

Müdiriyyət instutut binasının dövlət tərəfindən yüksək səviyyədə təmir edildiyi və ən müasir avadanlıqlarla təmin edildiyini bildirdilər. Mən bunun şahidi oldum.

Bildirdilər ki, uşağın müalicəsi ilə bağlı heç nəyə ehtiyac yoxdur, kurs müalicəsi aparılır.

Allah o körpə balaya şəfa versin və taleyini xoşbəıxt etsin.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir