Modern.az

PKK tərəfdarları İngiltərə parlamentinə hücum etdi

PKK tərəfdarları İngiltərə parlamentinə hücum etdi

13 Dekabr 2016, 18:25

Terror təşkilatı PKK tərəfdarları, Avropalı Türk Demokratlar Birliyinin (UETD) İngiltərə şöbəsinin İngiltərə parlamentində keçirdiyi iclasa azğıncasına müdaxiləsi gərginliyə səbəb olub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, UETD İngiltərənin paytaxtı Londondakı tarixi parlament binasında keçirdiyi tədbirə dinləyici olaraq girən bir qrup PKK tərəfdarı, iclas zamanı Türkiyə əleyhinə şüar səsləndirib.

 

Terror təşkilatı lideri Öcalanın şəklinin yer aldığı qolsuz köynəklər geyən terror təşkilatı tərəfdarlarının iclas salonundakı şüarlarının eşidilməsindən sonra polis vəziyyətə tezliklə müdaxilə edərək, hadisənin böyüməsini əngəlləyib.

 

Nümayişçilərə zaldan çıxmaq çağırışı edən polis, əks halda halında həbs ediləcəkləri ilə bağlı xəbərdarlıq edib. Bir müddət salondan çıxmamaq üçün müqavimət göstərən PKK tərəfdarları, polis tərəfindən bayıra çıxarılıb.

 

Bu arada, terror təşkilatı tərəfdarlarından bəziləri UETD siyasi işlər başqanı Merve Demiri təhqir edərək hücum çəkib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir