Modern.az

Azərbaycandan xaricə kart vasitəsilə pul köçürmələri dayandırıldı

Azərbaycandan xaricə kart vasitəsilə pul köçürmələri dayandırıldı

13 Dekabr 2016, 22:13

Azərbaycanda "Mastercard" şirkətinin "MoneySend" xidməti vasitəsilə kartdan karta pul transfer funksiyası qismən məhdudlaşdırılıb. Modern.az saytı xəbər verir ki, bu barədə “Trend”ə bank sektoruna yaxın mənbədən xəbər verilib.  Mənbənin bildirdiyinə görə, yerli kartlardan xarici emitent banka transfer funksiyası bir müddətdir ki, dayandırılıb.

 

Funksiyanın dayandırılma səbəbi, eləcə də nə vaxt bərpa olunacağı məlum deyil.

 

Qeyd edək ki, bir neçə bankdan "MoneySend" xidmətinin dayandırıldığını təsdiqləyiblər.

 

"MasterCard MoneySend" xidməti ilə müştəri banka gəlmədən ölkə daxili və xaricinə pul köçürmələri edə bilərdi. Hazırda şirkət Azərbaycanın 28 bankı ilə əməkdaşlıq edir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi