23 iyun 2017, Cümə
Ana Səhifə - ÖLKƏ - Nazirlər Kabineti bu halda ləğv edilə bilər
Nazirlər Kabineti bu halda ləğv edilə bilər
14.12.2016, 09:37

Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzaladı.

Nazirlər Kabinetinə bundan irəli gələn məsələlərin həll edilməsi üçün  6 ay vaxt verdi. Həmin müddətin bitməsinə isə 3 aydan bir az çox qalıb.

 

Bəzi söyləntilərə görə dəyişikliklərlə vitse-prezidentlik institutu yaradıldıqdan sonra Nazirlər Kabinetinin buraxılması gündəmə gələcək.

 

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, vitse-prezidentlik institutunun yaradılması ilə bağlı Nazirlər Kabinetinin buraxılmasından söhbət gedə bilməz:

 

“Çünki keçirilmiş referendumda belə bir məsələ səsə qoyulmamışdı. Bu baxımdan vitse-prezidentlik institutunun yaradılması ilə Nazirlər Kabineti qalmaqda davam edəcək. Azərbaycan Prezidenti tərəfindən referendum baş tutandan sonra sərəncam imzalandı. 6 ay müddətində referendumdan irəli gələn qanunvericilik aktlarının hazırlanması ilə bağlı göstərişlər verildi. Hazırda yeni qüvvəyə minmiş Konstitusiyaya uyğun olaraq qanunvericlik aktlarının hazırlanması prosesi gedir. Bundan sonra ölkə başçısı tərəfindən vitse-prezidentlərin təyin edilməsi müəyyənləşdiriləcək.

Hazırda onların Konstitusiyaya edilmiş dəyişikliklərə uyğun olaraq hazırlanması üzərində iş gedir”.

 

Hüquqşünas deyib ki, həmin aktlar qəbul edildikdən sonra adekvat qərarlar veriləcək:

 

“Azərbaycan Nazirlər Kabineti konstitusion bir institutdur. Onunla bağlı məsələ konstitusiya mətnində dəyişikliklər baş verdiyi təqdirdə reallaşa bilər. Dəyişikliklərdə Nazirlər Kabinetinin ləğvi məsələsi qoyularsa və təsdiqlənərsə, o halda qurum ləğv olunar.

 

İndiki halda Nazirlər Kabineti Konstitusiyaya uyğun olaraq fəaliyyətini davam etdirəcək. Yəni bunun vitse-prezidentlik institutunun yaradılmasına aidiyyatı yoxdur. Dəyişikliklərin özündə belə göstərilir ki, prezident öz vəzifələrini icra edə bilmədikdə vitse-prezidentlər, daha sonra isə Baş Nazir və Milli Məclisin sədri onu əvəz edə bilər. Bu bir daha göstərir ki, Nazirlər Kabinetinin səlahiyyətlərinin azaldılması və ya ləğvindən söhbət gedə bilməz.

 

Doğrudur, belə fikirlər səsləndirilirdi ki, vitse-prezidentlik institutu yarandığı halda Nazirlər Kabineti buraxılacaq. Bununla bağlı sadəcə müzakirələr gedə bilər, kimlərsə təklif irəli sürə bilər. Amma bunlar da sadəcə müzakirələrdir. Yəni, Nazirlər Kabinetinin buraxılması heç referendumun predmeti də deyildi. Bir sözlə, vitse-prezidentlik institutunun yaradılmasının Nazirlər Kabinetinin ləğv edilib-edilməyəcəyinə heç bir aidiyyatı yoxdur.

 

Cənab prezident referendum baş tutandan sonra bir sıra normativ qanuni aktları imzalayıb, bir sıra göstərişlər verib. Hesab edirəm ki, 6 ayın yekununda müvafiq dəyişikliklər və təyinatlar baş verəcək”.

 

Gülşən RAUFQIZI

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.06.2017, 18:56

Bakıda polisi güllələyən şəxsə 13 il cəza istədi

23.06.2017, 18:45

Azərbaycanın Fransada yeni səfiri təyin edilib 

23.06.2017, 18:36

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verilib - SİYAHI

23.06.2017, 18:31

Şirvanda bina təmirinə 3 milyon manat ayrılıb

23.06.2017, 18:27

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

23.06.2017, 18:22

İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

23.06.2017, 18:07

Moldova prezidentinin Azərbaycana səfəri bitdi

23.06.2017, 18:05

8 şahzadəyə insan alverinə görə hökm oxundu

23.06.2017, 17:50

"ALBATROS"  mağazasında da insanları aldadırlar

23.06.2017, 17:34

Ramazan münasibətilə 500 məhbus əfv olundu

23.06.2017, 17:29

Dövlət qulluğuna qəbulda yerlibazlıq mövcud idi...

23.06.2017, 17:21

Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılışı oldu

23.06.2017, 17:16

Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başlayıb

23.06.2017, 17:13

Dollar və manat - Üç gün üçün məzənnə dəyişmədi

23.06.2017, 17:05

Gülər Əhmədova banka qoyduğu əmanətin 30 min manatını geri alıb

23.06.2017, 17:04

Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova prezidenti Formula 1 Paddokunda - FOTO

23.06.2017, 17:03

Kamal Abdulla Çin diplomatı ilə görüşüb

23.06.2017, 16:54

"Formula-1"in sərbəst yürüşündə qəza olub  

23.06.2017, 16:41

 “Azərbaycan ordusunda tolerantlıq” adlı tədbir keçirildi

23.06.2017, 16:39

Göyçayda polis 3 oğurluğun üstünü açdı

23.06.2017, 16:23

Tramp hər səhər ilk bu işlə məşğul olur

23.06.2017, 16:17

Ölkədə 6 min müsəlmanın dinini dəyişməsinə sərt TƏPKİ: “Onlar özlərinə zülm edənlərdir”

23.06.2017, 16:11

“Formula-1” yarışı üzrə Azərbaycan Qran-prisinin telekommunikasiya xidmətləri təchizatı təmin edilib

23.06.2017, 16:10

ADU-nun Konfutsi İnstitutunda  seçim turu keçirilib

23.06.2017, 15:59

Cavid Qurbanova medal verildi - FOTO

23.06.2017, 15:50

Azərbaycanda İsrail səfirliyi qarşısında aksiya – 20 nəfər saxlanıldı

23.06.2017, 15:44

Banklar “Formula 1”ə görə güncləndirilmiş iş rejiminə keçdilər

23.06.2017, 15:39

İlham Əliyev Gürcüstan baş nazirinin müavinini qəbul edib

23.06.2017, 15:36

Sumqayıtda xüsusi əməliyyat keçirildi - 3 nəfər zərərsizləşdirildi

23.06.2017, 15:34

Kilsədə Quran oxunması diplomatik qalmaqal yaratdı

23.06.2017, 15:20

AMEA alimlərin mənzil qalmaqalına aydınlıq gətirdi

23.06.2017, 15:16

Çexiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılacaq - QALMAQAL

23.06.2017, 15:11

Formula 1: birinci sərbəst yürüşün NƏTİCƏLƏRİ məlum oldu

23.06.2017, 15:04

Nəqliyyat Agentliyi hərəkətə keçdi-Yararsız avtobuslar və sürücüləri xətdən uzaqlaşdırıldı - FOTO

23.06.2017, 15:04

Putin gəmidən Ərdoğana zəng elədi

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(5.71%)
- Dənizə gedə bilmirik(28.5%)
- Səhhətimizə mənfi təsir edir(14.2%)
- Əhvalım xoşallanır(8.57%)
- Məhsul qıtlığı yaranır(14.2%)
- Təsərrüfatıma ziyan dəyir(5.71%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.8%)