Modern.az

Dərsliklərdə, məktəb gündəliklərində reklam qadağan olunur - ÖZƏL

Dərsliklərdə, məktəb gündəliklərində reklam qadağan olunur - ÖZƏL

Parlament

14 Dekabr 2016, 11:51

Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tərdis materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilməsi qadağan olunur.

 

Modern.az-ın məlumatına görə, prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Təhsil haqqında” qanuna təklif olunan əlavə və dəyişiklər Milli Məclisə daxil olub.

 

Əlavə və dəyişiklərə görə, qanunun 11.4-cü maddəsi “dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilə bilməz” formasında yeni redaksiyada verilir.

 

Qanunun 11.5-ci maddəsinə əsasən  yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərləi təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz.

 

İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməsi nəzərdə tutulur .

“Təhsil haqqında” qanuna təklif olunan bu əlavə və dəyişiklərin Milli Məclisin qarşıdakı plenar iclasına tövsiyə olunması gözlənilir.

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu