Modern.az

Vergi Məcəlləsinə 201 dəyişiklik edilir – vergi yükü azaldılacaq

Vergi Məcəlləsinə 201 dəyişiklik edilir – vergi yükü azaldılacaq

14 Dekabr 2016, 12:25

 

“Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur”.

 

Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu günkü iclasında vergilər naziri Fazil Məmmədov deyib.

 

Nazir bildirib ki, təqdim edilmiş qanun layihələri nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir:

 

“Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir”.

 

Komitə sədri Ziyad Səmədzadə isə bildirib ki, , prezident İlham Əliyev tərəfindən Milli Məclisə ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihələri təqdim edilib:

 

“Qlobal iqtisadi sarsıntılar, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsir edib. Bu gün risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür.

 

Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Son illərdə neftin ucuzlaşması, qlobal sarsıntılar Azərbaycan iqtisadiyyatına təsir edib. Təqdim edilmiş qanun layihələri bu təsirlərin azaldılmasına, ölkənin davamlı inkişafına xidmət edir".

 

Ağa AKİFOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir