Modern.az

Tanınmış jurnalistlə Etibar Məmmədovdan YAZDI

Tanınmış jurnalistlə Etibar Məmmədovdan YAZDI

14 Dekabr 2016, 13:04

Tanınmış jurnalist Zöhrab Əmirxanlı mətbuatda işlədiyi illərdən qalan növbəti xatirəsini bölüşüb. Modern.az saytı jurnalstin xatirəsini təqdim edir:


... 92-ci ildə "Hürriyyət" qəzetinə baş redaktor çağırılana qədər AMİP-in "Millət" qəzetində cəmi dördcə ay işləməyi bacardım.
... Şamaxıdan şikayət məktubu gəlmişdi ki, bəs Quşcu kəndində Etibar Məmmədovun dəstəsi təsərrüfatı iflic eləyib, işləməyə imkan vermir.
... Baş redaktor Azər Hüseynov (Tanrım onun ruhunu həmişə şad eləsin...) məktubu verdi ki, öz yerlilərindi də, get gör orda nə baş verir? 
... O vaxtlar üçüncü qardaşım maşın biznesi ilə məşğul olurdu. Yaponiyadan gözü tutan bir "Toyota"nı seçib Naxodkaya keçirmiş, ordan da 12 min kilometr yolu sürə-sürə Bakıya - böyük qardaşına hədiyyə gətirmişdi. Səhər maşını işə salıb getdim Quşçuya. AMİP-çilər "Millət"dən jurnalist gəldiyini biləndə mənə gənə kimi yapışdılar, hara getdimsə, dalımca sürü kimi süründülər və işləməyə imkan vermədilər...
Ama nə dəxli var, təsərrüfatın rəhbəri və üç-beş kənd sakini ilə görüşəndən sonra vəziyyət gün kimi aydınlaşdı - bunlar sovxozun direktoru kütsüsündə öz namizədlərini görmək istəyirdilər...
... Gəldim Şamaxı Rayon Partiya Komitəsinin inzibati binasına (mən ölüm, qurunun adına bax haa...). Sağ olsunlar, azı 50 AMİP-çi də məni "tərbiyəli" şəkildə müşayiət elədi... Birinci katibin qəbulina girib onca dəqiqəyə kənddəki vəziyyəti izah eləyib çıxdım və yol aldım Bakıya sarı...
... Yol uzunu yazını beynimdə yazdım. Evə çatandan iki saat sonra 8 min işarəlik pamflet-reportaj artıq hazır idi. Səhər yazını verdim baş redaktora. Azər oxuyandan sonra dedi ki, Zöhrab, çox sərt yazmısan, bir az yumşaltmaq olmazmı? Dedim Azər, vallah, mən hələ ən yumşaq variantı seçmişəm. Qayıtdı ki, materialı bu şəkildə qəzetə versək, Etibar bəy oxuyub çox əsəbiləşəcək...
... Yazını geri aldım. Axşam 6-da iş qurtarandan sonra türhəng getdim mətbəəyə ki, bəs nömrəyə məsul mənəm və Etibar bəy tapşırıb ki, bu material sabahkı qəzetdə mütləq çap olunmalıdı Linotipçi əvvəl ağzını əydi və sonra da başladı deyinə-deyinə həmin yazını yığmağa.
... Sizə bir söz deyim - dünyada elə müqəddəs yalanlar var ki, onları deyəndən, reallaşdırandan sonra özün özünə daha ürəkdən vurulur və gözündə on səkkiz pillə ucalırsan. )))
... Nə isə... Səhərki "Millət" həm də mənim yazımla çıxdı. Quşçu AMİP-çiləri xəbəri eşidən kimi iki avtobus adamla gəlib partiyanın iqamətgahı önündə düşərgə salmışdılar.
... Redaksiyada isə oturmaq mümkün deyildi - hər yarım saatdan bir "əyanlar" zəng vururdu ki, Etibar bəy sənlə görüşmək istəyir. Axırda dedim ki, mənim iş günüm saat 6-da bitir, yalnız onnan sonra gələ bilərəm. O vaxt qılıncının dalı da, qabağı da kəsən Etibara jurnalistin belə "nota-ultimatum" göndərməsi, təbii ki, böyük cəsarət idi...
... İşdən sonra getdim görüşə. Etibar bəy əsəbindən zəncir çeynəyirdi. Ama özünü toplayıb əvvəl mənə partiyanın taktikasından, strategiyasından, "ana müxalifət" funksiyasından uzun bir mühazirə oxudu. Regionlardakl özəkləri qorumağın vacibliyindən danışdı. Dedim, əgər siz Quşçudakı qaragüruhun çiyinlərində hakimiyyətə gəlmək istəyirsizsə, mən o ölkədə yaşamağı qətiyyən arzulamıram.
... Təntidi. Bir az fikirləşəndən sonra başladı mənə jurnalistikadan dərs deməyə. Onda da qayıtdım ki, mən beş il jurnalistika fakültəsində Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Seyfulla Əliyev ...kimi ağırtaxta kişilərdən, deyəsən, bu fənni pis öyrənməmişəm...
... Lap axırda da soruşdum ki, işdən getmək üçün ərizəni sizin adınıza yazım, yoxsa?!
... Və getdim "Millət"dən...

... P. S. Səd heyf ki, mən 30 illik jurnalistlik təcrübəmdə mətbuatı sonacan anlayan və oninla adam balası kimi davranan bircə partiya sədri ilə də qarşılaşmadım...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir