Modern.az

İmtahanların ödənişli olması üçün Nazirlər Kabineti qərar verəcək

İmtahanların ödənişli olması üçün Nazirlər Kabineti qərar verəcək

Təhsil

14 Dekabr 2016, 13:19

Azərbaycanda buraxılış imtahanlarından başqa digər növ imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar bu gün keçirdiyi brifinqdə deyib.

 

M.Abbaszadə əlavə edib ki, bu barədə qərar verildikdən sonra imtahanların maliyyələşdirilməsinin hansı formada olacağı ilə bağlı müzakirələr aparılacaq.

 

M.Abbaszadənin sözlərinə görə, imtahanların hansı formada keçirilməsi isə bağlı işçi qrupu səviyyəsində müzakirələr daim aparılır:

 

"DİM-in, Tarif Şurasının mütəxəssisləri, iqtisadçılarla birgə müzakirələr aparılır. Amma bunu hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabineti qərar verilməlidir.

Prezident İlham Əliyevin aprel ayında verdiyi fərmanla Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmanda nəzərdə tutulan məsələlərə uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Uyğunlaşdırma aparıldıqda artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Bununla əlaqədar hələ qərarı gözləyirik. Sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik".

 

Mirmahmud Kazımoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır