Modern.az

2016-cı ildə dünyada rekord sayda jurnalist ölüb

2016-cı ildə dünyada rekord sayda jurnalist ölüb

Media

14 Dekabr 2016, 14:56

2016-cı ilin əvvəlindən dünyanın 31 ölkəsində 144 jurnalist həlak olub. Modern.az xəbər verir ki, bu barədə “Press Emblem Campaign” adlı qeyri-hökumət təşkilatının hesabatında məlumat verilir.

Məlumata görə bu, son 10 ildə KİV nümayəndələri üçün ən “ölümcül il” olaraq tarixə düşüb. Xüsusən, Şimali Afrika və Yaxın Şərq regionu jurnalistlər üçün təhlükəli olub.

144 KİV nümayəndəsinin yer aldığı siyahıda noyabrın 29-da təyyarə qəzasında həlak olan 20 braziliyalı jurnalistin adı da var.

Bu müddətdə İraqda 16, Suriyada 14, Əfqanıstanda 12, Meksikada 12 və Yəməndə 9 media nümayəndəsi həlak olub. 2016-cı il Rusiyada 3, Ukraynada isə 2 KİV nümayəndəsi peşə borcunu yetirə yetirərkən həlak olub.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir