Modern.az

Azərbaycanın ticarət dövriyyəsi 4 dəfə AZALIB

Azərbaycanın ticarət dövriyyəsi 4 dəfə AZALIB

15 Dekabr 2016, 14:38

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 183 ölkə ilə 16 031 631,91 min ABŞ dolları həcmində ticarət əməliyyatı həyata keçirib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 20,20% azalma qeydə alınıb.

 

Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik 6,0% azalaraq 7 716 723,78 min dollar, ixrac isə illik 30,02% azalaraq 8 314 908,13 min dollara enib.

 

Bu ilin yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsində 598 184,35 min dollarlıq müsbət saldo yaranıb.

 

Ötən ilin müvafiq dövründə həmin göstərici 2 432 017,66 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 4 dəfədən çox azalma qeydə alınıb.

 

Bu müddətdə ölkəyə 7 228 adda mal gətirilib, Azərbaycandan isə əksinə 2 809 çeşiddə mal ixracı həyata keçirilib.

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir