Modern.az

FED-in qərarının Azərbaycana TƏSİRLƏRİ

FED-in qərarının Azərbaycana TƏSİRLƏRİ

15 Dekabr 2016, 14:54

 

Ötən gün ABŞ-dan gələn, bu gün bizə çatan qərar sürpriz olmadı. Modern.az xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu bu haqda öz şərhində bildirib.

Onun sözlərinə görə, Federal Ehtiyatlar Sisteminin (FED)  bu il üçün planlaşdırdığı sonuncu iclasında uçot dərəcəsini qaldıracağı gözlənilən idi:

 

“Belə də oldu. Dünən FED ötən iclasında yalnız uçot dərəcələri ilə deyil, həm də ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozlarını açıqladı. Belə ki, hazırda ABŞ-da uçot dərəcələri 0,5-0,75 diapozonunda olacaq. Bununla yanaşı, FED ABŞ-da ÜDM, inflyasiya və işsizliklə bağlı proqnozlarını da açıqlayıb.

 

Məlum olub ki, 2016-cı ildə ABŞ iqtisadiyyatında vəziyyət gözlənildiyindən yaxşı olur. ÜDM-in artımı 1,8 faizdən 1,9 faizə, inflyasiya 1,3 faizdən 1,5 faizə qalxır, işsizlik isə 4,8 faizdən 4,7 faizə enir.

 

Eyni zamanda FED-in açıqladığı proqnozlara görə, 2017-ci ildə ABŞ iqtisadiyyatı üçün müvafiq göstəricilər üzrə ÜDM-də artım 2,1 faiz, inflyasiya 1,9 faiz, işsizik isə 4,5 faiz olacaq. 2018-ci ildə isə ÜDM 2 faiz, işsizlik 4,5 faiz, inflyasiya isə 2 faiz olacaq. 

 

FED-in qərarı əsasən dünya bazarlarnda aşağıdakı dəyişiklikləri şərtləndirəcək. Belə ki, FED-in son qərarı qısa və orta müddətli dövrdə ABŞ dollarının digər ölkələrin valyutalara nisbətdə məzənnəsinin möhkəmlənməsinə, bir sözlə dünya valyuta bazarında dolların hökmranlığının davam etməsinə, eləcə də xammal bazarında, xüsusilə də neft və digər enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşmasına səbəb olacaq. Bu qərar həmçinin ABŞ mənşəli dövlət və korporativ qiymətli kağızlara sərmayə qoyuluşlarını da artıracaq və nəticədə kapitalın hərəkəti yenidən ABŞ-a doğru istiqamətlənəcək”.

 


Q.İbadoğlu bildirib ki, FED-in son qərarının Azərbaycan iqtisadiyyatına psixoloji təsirləri, iqtisadi təsirlərindən çox olacaq:

 

“Bunu artıq bu gün valyuta bazarlarında qərarlaşmış durum da təsdiq edir. Belə ki, hazırda Azərbaycan banklarının böyük əksəriyyəti dollar satışını dayandırıb, qara bazarlarda 1 ABŞ dollar 1,95 -2 manata satılır. Bundan başqa Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə milli valyutaların ucuzlaşmasının da Azərbaycanın qeyri-neft ixracatına, eləcə də neftin qiymətinin ucuzlaşması və ya bahalaşma tempinin səngiməsi də bütövlükdə ixracata mənfi təsirlər göstərəcək.

 

Bununla yanaşı Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 47,6 faizinin dollarla saxlanılması və sərmayələrinin 24,1 faizinin ABŞ-da yerləşməsi məzənnə fərqinə və digər göstəricilərə müsbət, aktivlərin yerdə qalan hissəsinin digər valyutalarda və coğrafiyalarda olması isə mənfi təsirlər edəcək”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir